Icma.az
close
up
RU
Ruttedən Avropaya xəbərdarlıq: ABŞ olmadan müdafiə xülyadır

Ruttedən Avropaya xəbərdarlıq: ABŞ olmadan müdafiə xülyadır

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

NATO-nun Baş katibi Mark Rutte Avropanın ABŞ olmadan öz təhlükəsizliyini təmin edə biləcəyi barədə fikirlərə sərt reaksiya verib. Avropa Parlamentində çıxış edən Rutte vurğulayıb ki, ABŞ-siz bir müdafiə anlayışı reallıqdan uzaqdır.

Milli.Az xəbər verir ki, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi ilə Xarici Əlaqələr Komitəsinin birgə iclasında danışan Rutte transatlantik ittifaqın əvəzolunmaz olduğunu qeyd edib. "Əgər burada kimsə Avropa İttifaqının və ya bütövlükdə Avropanın ABŞ olmadan özünü müdafiə edə biləcəyini düşünürsə, xəyal qurmağa davam edə bilər. Biz bunu bacara bilmərik. Bir-birimizə ehtiyacımız var." deyə Rutte bildirib.

Rutte Avropa ölkələrinin müstəqil müdafiə strukturu qurmaq cəhdlərinin böyük maliyyə yükü və risklər yaradacağını bildirib. O, qeyd edib ki, müdafiə xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırılması belə kifayət etməyə bilər və bu rəqəmin 10% səviyyəsinə yüksəlməsi lazım gələ bilər. Baş katib xəbərdarlıq edib ki, bu yolla gedən Avropa "bu yarışı uduzacaq".

Nüvə çəkindiriciliyi məsələsinə toxunan Rutte ABŞ-dən ayrılmağın ağır nəticələrini belə izah edib: "Avropa öz nüvə potensialını sıfırdan qurmalı olacaq ki, bu da milyardlarla avro vəsait tələb edəcək. Bu ssenaridə Avropa azadlığın ən böyük təminatı olan ABŞ-ninn nüvə çətirini itirəcək."
Rutte bu barədə kinayə ilə: "Ona görə də buyurun, sizə uğurlar", - deyib.

Çıxışının sonunda Rutte qeyd edib ki, yalnız Avropanın deyil, ABŞ-nin da NATO-ya ehtiyacı var. Transatlantik bağların zəifləməsinin hər iki tərəf üçün ciddi təhlükəsizlik riskləri yaradacağını bildirən Baş katib ittifaqı gücləndirməyə çağırıb.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Yanvar 2026 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri