Ruy Jorjenin müqavilə müddəti açıqlandı
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ruy Jorjenin müqaviləsinin müddəti açıqlanıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə mətbuat konfransında bildirib.
"Qarşıdakı 1 il 7 ay ərzində çox yaxşı təcrübə keçə bilərik. Bu müddət ərzində bərabər olacağıq", - o vurğulayıb.
R.Jorje burada olmaqdan qürur duyduğunu söyləyib:
"Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Bunları bacara bilsək, uğurlara nail ola bilərik. Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşla buraya gəlməmişdən əvvəl danışmışdım. Həm ölkə, həm də insanlar haqqında xoş sözlər dedi. Buraya gəldiyim ilk gündən gördüm ki, onun dedikləri ilə üs-üstə düşür".
U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Mart 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















