Saat 11:00da işıq kəsiləcək Bu ərazilərdə Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Quba Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində 6kV-luq Quba Paylayıcı Qurğusunda (PQ) həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar dekabrın 4-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək rayonun Dağlı kəndi, Qırmızı Qəsəbə qəsəbəsi, Quba şəhər meydanının yuxarı hissəsi, Heydər Əliyev prospekti, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Ərdəbil, Əliqulu Nərimanov, 20 yanvar, Memar Əcəmi, Səməd Vurğun, Tuti Bikə, Nəriman Nərimanov, Qasım İsmayılov, Sülh küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baxış sayı:98
Bu xəbər 04 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















