Icma.az
close
up
RU
Cizgi filmləri necə dublyaj olunur? “ARB Günəş” telekanalından REPORTAJ VİDEO AZƏRTAC

Cizgi filmləri necə dublyaj olunur? “ARB Günəş” telekanalından REPORTAJ VİDEO AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xaçmaz, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xarici cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq yerli televiziyalarımızda balaca izləyicilərə təqdim olunur. Bəs, bu filmlər necə dublyaj edilir? Sualın cavabını aydınlaşdırmaq üçün AZƏRTAC-ın bölgə müxbiri ölkəmizin ilk və tək uşaq kanalı “ARB Günəş”in qonağı olub.

“ARB Günəş” televiziyasının dublyaj studiyası 2018-ci ildən fəaliyyət göstərir. Ötən dövrdə studiyada onlarla cizgi və animasiya filmi Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı televiziya tamaşaçılarına təqdim edilib.

“ARB Günəş”in studiyasında uşaqlar üçün filmlərin dublyajına xüsusi həssaslıqla yanaşılır. Mətnlərin tərcüməsi, redaktəsi incəliklə aparılır. Tərcümə zamanı əcnəbi filmlərdəki yan təsirlər nəzərə alınmaqla bərabər, onların uşaq dilinin şirin tərzinə uyğunlaşdırılması əsas meyarlardan biridir.

Dublyaj aktyoru Günəş Tegin bildirir ki, dublyaj aktyoru, ilk növbədə, səlis diksiyaya malik olmalıdır: “Dublyaj aktyoru bütün sözləri təmiz tələffüz etməyi bacarmalı və aktyorluq keyfiyyətlərinə sahib olmalıdır. Bu keyfiyyətlər olduqdan sonra dublyaj sahəsində təcrübə də toplamaq lazımdır. Mən dublyajı çox sevirəm. Bu sahədə özümü hələ tələbə olan vaxtlarda sınamışam. Mənim üçün cizgi və animasiya filmlərinin dublyajı daha maraqlıdır. Çünki uşaqlar üçün olan filmlərdə daha çox ovqat dəyişimi var. Səs tembrinin müxtəlif çalarlarından istifadə etmək imkanım olur. Cizgi filmlərinin dublyajı həm də əyləncəlidir”.

“ARB Günəş”in dublyaj studiyasının 10-dan çox əməkdaşı var. Studiyada dublyaj prosesi bir neçə mərhələdə aparılır. Əvvəlcə filmin tərcüməsi və redaktəsi həyata keçirilir. Mətn yığılır, sonra filmdəki obrazlara uyğun aktyor seçimi aparılır. Aktyor seçimi təsdiq edildikdən sonra studiyada səsləndirmə mərhələsi başlayır.

Beş ildir dublyaj studiyasında çalışan Əvəz Qubatov, eyni zamanda, “ARB Günəş” televiziyasının aparıcısıdır. “Cizgi filmlərinin dublyajı çox əyləncəli, eyni zamanda, da çətindir. Cizgi və animasiya filmlərində obrazlar lap çoxdur. Ona görə də bəzi filmlərdə 3-4, bəzən daha çox obrazı canlandırmaq lazım gəlir. Çox maraqlıdır. Bəzən olur ki, səsləndirdiyin filmin 2-3 qəhrəmanı bir-biri ilə söhbət edir. Bu dialoqları canlandırmaq üçün öz-özünlə fərqli səs tonunda danışmalı olursan. Mən həm də “ARB Günəş”də yayımlanan iki layihədə obrazları canlandırıram. “Hava necə olacaq?” proqramında “Toplan”, “Biləndərdən öyrən” layihəsində isə “Biləndər” obrazları mənim səsimlə balaca tamaşaçılara təqdim olunur”, - deyə Əvəz Qubatov söyləyir.

“ARB Günəş” telekanalı efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Peşəkar dublyaj studiyasının yaradılmasında əsas məqsəd azyaşlı izləyicilərə ana dilimizdə cizgi və animasiya filmləri təqdim etməkdir.

“Dublyaj studiyası yarandığı gündən mən də burada aktyor kimi fəaliyyət göstərirəm. Bu iş çox zövqlü və maraqlıdır. Uşaqlar üçün çalışmaq isə ikiqat əyləncəlidir. Böyük həvəslə çalışırıq. İnanın ki, ictimai yerlərdə məni səsimdən tanıyırlar. Deyirlər ki, sizin səsiniz çox tanışdır”, - deyə dublyaj studiyasının əməkdaşı Elnarə Şahmirzəyeva vurğulayır.

Studiyanın aktyoru Rahim Qafarlı uşaqların cizgi filmlərini doğma dilimizdə izləməsinin vacibliyini qeyd edir: “İllər əvvəl bizim uşaqlar maraqlı cizgi və animasiya filmlərini əcnəbi dillərdə izləmək məcburiyyətində idi. Uşaqlar üçün Azərbaycan dilinə tərcümə olunan filmlər çox az idi. Bu sahədə bir boşluq vardı. “ARB Günəş”in dublyaj studiyası yarandıqdan sonra onlarla film dublyaj edilərək doğma dilimizdə azyaşlı izləyicilərimizə təqdim olunub. Bu da uşaqların ana dilimizi daha dərindən öyrənməsi, mənimsəməsi üçün çox əhəmiyyətlidir”.

Azərbaycanın ilk və yeganə uşaq televiziya kanalı olan “ARB Günəş” 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb. Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri