Icma.az
close
up
RU
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... ŞOK TƏFƏRRÜAT

Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... ŞOK TƏFƏRRÜAT

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saatlı rayonunda 2005-ci il təvəllüdlü Murad xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib – red.) təcavüz edib.

Bakı şəhər sakini Murad 29 noyabr 2021-ci ildə babasının evinə qonaq gəlib. Həmin gün saat 12 radələrində qonaq kimi müvəqqəti qaldığı babası Xalidə məxsus Saatlı rayonunun kəndi ərazisindəki evdə 2012-ci il təvəllüdlü xalası qızı Ləmanla zorla cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib.

Cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək məqsədi ilə Ləmanın olduğu otağa daxil olub. Onu qorxudaraq köməksiz vəziyyətindən istifadə edib, qeyri-təbii yolla cinsi əlaqədə olub, ona seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Murad cinayətkar niyyətini davam etdirərək Ləmanla zorla təbii yolla cinsi əlaqəyə girməyə cəhd edib. Qohumun otağa daxil olmasından sonra Murad niyyətini sonadək həyata keçirə bilməyib.

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 29,149.3.3 (on dörd yaşına çatmayan şəxso zorlamağa cəhd) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Ləmanla cinsi əlaqədə olmayıb, ona toxunmayıb, polis əməkdaşları tərəfindən yazılmış ifadələrinə onlardan qorxduğu üçün imza edib. O, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.

İbtidai istintaq zamanı ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, xalası Nailənin qızı Ləmanla 29 noyabr 2021-ci ildə saat 12 radələrində Saatlı rayonunun kəndində onların evində olarkən televizor otağında olan xalçanın üzərində təbii və qeyri-tibbi yolla cinsi əlaqədə olub:

“Ləmanla cinsi əlaqədə olan zaman ona zor tətbiq etməmişəm. Onunla öz istəyi ilə cinsi əlaqədə olmuşam. Hadisə vaxtı Ləman mənə heç bir müqavimət göstərməyib. Eləcə də mən Ləmana hər hansı bir xəsarət yetirməmişəm. Ləmanın mənim tərəfimdən zorlanması ilə bağlı ifadəsində göstərdiklərinin hamısı yalandır. Belə bir şey olmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, Murad onun xalası oğludur: “Murad bizə qonaq gəldi. Bizdə olan gün mənimlə bir yerdə televizor otağındakı xalçanın üzərində uzandıq. Sonra Murad öz paltarını və mənim paltarımı çıxararaq başımdan tutdu. Bu vəziyyətdə məni yerə sıxaraq zorla cinsi əlaqədə oldu. Həmin vaxt Murad məni incitdi. Bərk qışqıraraq məndən əl çəkməyini dedim. Murad çox güclü idi”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Murad onunla təbii yolla cinsi əlaqədə olmaq istəyərkən bacısı Aydan məktəbdən evlərinə gəlib və onları bir yerdə görüb: “Həmin vaxt Murad tez paltarını geyinərək həyətə çıxdı. Mənə qarşı elədiyini heç kimə söyləməməyi dedi. Bu hadisəni kiməsə deyəriksə, ağzımızı cıracağını, bizi döyəcəyini dedi. Sonra sağ ayağı ilə sol böyrümdən təpiklə vurdu. Anam evə gələndən sonra Muradın mənə qarşı elədiyi hərəkətlər haqqında hər şeyi ona dedim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Vəkil şikayətini belə əsaslandırıb ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən Murada qarşı verilmiş ittihamı sübuta yetirilmiş hesab etmək olmaz. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində hər iki maddə üzrə bəraət hökmünün çıxarılmasını istəyib.

Zərərçəkmiş Ləmanmın qanuni nümayəndəsi də şikayət verib. O, şikayətini belə əsaslandırıb ki, təqsirləndirilən Murad onun qızına heç bir zorakı hərəkətlər etməyib: “Qızım yalandan danışır, elə bir hadisə olmayıb. Qızım özü də etiraf edib ki, Muradın ona qarşı heç bır nalayiq hərəkəti olmayıb. O, işin bu dərəcəyə gələcəyini anlamayıb. Lakin Muradın gözünün önündə qandallanaraq aparılmasından sonra hər şeyi mənə etiraf etdi. Mən də Muradın günahsız olmasını anladıqdan sonra ilk fürsətdə apellyasiya məhkəməsinə notarial ərizə göndərdim”.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin müdafiəçisi, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilən şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçsi kasasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət verilməsini istəyib.

Həmçinin zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi tərəfindən də kasasiya şikayəti verilib. O, şikayətində göstərib ki, Murada qarşı heç bir şikayətinin olmaması apellyasiya məhkəməsində bildirib: “Amma apellyasiya məhkəməsi ərizədə barışıq sözünün olmamasını əsas gətirərək həmin ərizəni götürmədi. Mənim təqsirləndirilən şəxsə qarşı heç bir mülki iddiam, şikayətim yoxdur. Belə bir iddiam gələcəkdə də olmayacaq. Qızımın mənə bildirmiş olduğu həqiqətdən sonra Muradla həm barışmışam, həm də aramızda heç bir ziddiyyətli hal qalmayıb”.

Tərəflərin şikayətinə Ali Məhkəmədə baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar verib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin, həm də zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayəti təmin edilməyib. /Teleqraf.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri