Icma.az
close
up
RU
Saatlıda super intensiv əncir bağından məhsul yığılır

Saatlıda super intensiv əncir bağından məhsul yığılır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saatlı, 4 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda super intensiv əncir bağı salınıb. Üç yaşında olan ağaclardan ilk məhsul yığılır. Gələcəkdə bağ tam məhsuldarlığa düşdükdə, xaricə də ixrac nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 6 hektarı əhatə edən super intensiv əncir bağı rayonun Qaralar kəndində yerləşir və 6500 ədəd ağac müasir suvarma sistemi ilə becərilir. Avqust ayının əvvəlindən yığıma başlanılıb və bugünə kimi 3 ton məhsul tədarük olunub.

Təsərrüfat sahibi Ələsgər Əhmədov deyir ki, növbəti illərdə məhsuldarlıq daha çox olacaq. “Bir neçə gündür yığıma başlamışıq və günaşırı ağaclardan meyvələr toplanaraq daxili bazara çıxarılır. Yığım oktyabr ayına qədər davam edəcək. Bu əncirlər Türkiyənin “Dürdane” sortudur. Bu sort meyvənin çəkisi 100-150 qram arasında dəyişir və spesifik dadı, keyfiyyətinə görə seçilir", - deyə fermer bildirib.

Onun sözlərinə görə, Mil-Muğan bölgəsində hava və torpaq şəraiti belə bağın salınması üçün əlverişlidir: “Nəzərə alsaq ki, bizim bölgədə günəşli günlərin sayı çoxdur, bu da öz növbəsində meyvənin yetişməsinə müsbət təsir göstərir. Eyni zamanda, bu sort əncir ağacları hündür olmadığı üçün yığım da asanlaşır”.

Qeyd edək ki, bu ərazidə super intensiv əncir bağı ilk dəfədir salınıb. Bağda damcı suvarma sistemi qurulub və müasir aqrotexniki qaydalara uyğun olaraq becərmə işləri görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri