Icma.az
close
up
RU
Saatlıda Zəfər Günü qeyd olundu FOTO

Saatlıda Zəfər Günü qeyd olundu FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Noyabrın 8-də Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Ümumrayon tədbirinə Saatlı rayon Mədəniyyət Mərkəzində rəsmi hissə ilə start verilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, yerli hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, idarə, müəssisə, təşkilat nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Bayram mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin qürurverici hadisəsi olan şanlı Zəfərin dördüncü ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. Xalqımızın 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd etdiyini deyən E.Bağırov, eyni zamanda bu tarixi Qələbəmizin heç də asanlıqla qazanılmadığını, möhtəşəm Zəfərə gedən yolun olduqca çətin və keşməkeşli olduğunu bəyan edib. O, Azərbaycan Prezidenti ilham Əliyev tərəfindən bu hədəfə çatmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görüldüyünü, Azərbaycanı böyük Zəfərə aparan yolun əsasının qoyulduğunu vurğulayıb: “Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur”.

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurularaq abadlaşdırıldığını, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdaraq orada sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdıran Elmir Bağırov, Zəfər Günü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib və nitqini dövlət başçısından sitat gətirərək yekunlaşdırıb: “Bundan sonra Azərbycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Tədbirdə digər çıxış edənlər – YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Ziyalılar Cəmiyyətinin Saatlı rayon şöbəsinin sədri Lətif Şimşəkov, Vətən müharibəsi şəhidi Cavanşir Ağayevin bacısı Ürvət Ağayeva və Mircəlal kənd tam orta məktəbin müəllimi, müharibə iştirakçısı Xalid Şahverdiyev Vətən müharibəsində əldə edilən şanlı Qələbədən, hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir daha sonra bədii hissə - Heydər Əliyev meydanında düzənlənmiş konsert proqramı ilə davam edib. Yerli mədəniyyət işçilərinin ifasında səsləndirilən və vətənpərvərlik hissini aşılayan mahnılar, eləcə də “Adıgün” türk xalq folklor kollektivinin çıxışları Azərbaycan və Türkiyə bayraqları ilə meydana axışmış yüzlərlə rayon sakini tərəfindən xüsusi coşqu ilə qarşılanıb. Konsert proqramı Musa Zeynalovun ifasında “Zəfər manhnısı” və “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Var olsun rəşadətli Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır” şüarlarının səsləndirilməsi ilə başa çatıb.

Sonda atəşfəşanlıq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri