Icma.az
close
up
RU
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var

Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Saatlı Rayon İcra Hakimiyyəti Saatlı şəhərində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "SM Construction Company" MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 109 662,12 manat ödəniləcək. 

"SM Construction Company" MMC 15 avqust 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Hüseynov İqbal İlqar oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

"SM Construction Company" MMC-nin hazırda 31 439,63 manat vergi borcu var. Vergi borcu olduğu halda şirkətin tenderdə qalib gəlməsi, ümumiyyətlə müsabiqəyə buraxılması başa düşülmür. Çünki qanunvericilikdə vergi borcu olan şirkətlərin tenderdə iştirakı yasaqlanır. 

"SM Constructrion Company" MMC-nin tarixçəsinə nəzər yetirdikdə şirkətin tender əməliyyatlarına görə yaradıldığına şübhələr artırır. Məsələ burasındadır ki, "SM Construction Company" MMC 4 dəfə ad dəyişib. Şirkət təsis ediləndə adı "Magnit-SS" MMC olub. 2021-ci ildə şirkətin adı "Aqua İnşaat" MMC-yə dəyişdirlib. 2023-cü ilin fevral ayında  isə şirkət növbəti dəfə ad dəyişikliyinə gedərək bu dəfə "Fire Engineering" MMC-yə çevrilib. Bu adla 2023-cü ilin avqustuna qədər fəaliyyət göstərən şirkət sonda "SM Construction Company" MMC adlandırılıb. 

Dövlət satınalmalarının vahid elektron portalından apardığımız araşdırma zamanı məlum olub ki, şirkət yuxarıda sadalanan adlarla da satınalma müsabiqələrində iştirak edib və iri məbləğli sifarişlər alıb. 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur. O, 2024-cü ilin avqust ayından rayona rəhbərlik edir. 

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri