Icma.az
close
up
RU
Saatsaz: Saatın tıqqıltısı insanın işə daha diqqətlə yanaşmasına kömək edir AZƏRTAC

Saatsaz: Saatın tıqqıltısı insanın işə daha diqqətlə yanaşmasına kömək edir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 20 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Saatlar vaxtımızı ölçüb-dəyərləndirmək üçün ən vacib vasitə, evimizə, görkəmimizə rəng qatan aksesuarlardır. Zaman onsuz da axıb-gedir. Lakin saatların əqrəblərinin işlək olması, dəqiqələri, saniyələri bizə olduğu kimi göstərməsi də vacibdir. Bəzən işi vaxtla bağlı olub, zamanla yuxuya gedən saatlarımızı yenidən saz vəziyyətə gətirmək üçün saatsazların qapısını döyməli oluruq. Onlar da öz işinin ustası olmalıdırlar, çünki qızıldan qiymətli olan vaxtı göstərən mexanizmlər heç də sadə deyil. Hər birinin öz dili, öz sirri var, onlardan ən yaxşı şəkildə hali olmaq əsl ustalıq tələb edir. Ömrünün 41 ilini bu işə sərf edən Vahid Tağıyev AZƏRTAC-ın bölgə müxbirinə sənətinin gərəkli, çətin və bir qədər də maraqlı tərəflərindən danışıb.

Bu sənət ona ata-babasından yadigardır. Deyir ki, atası Sabir kişi 70 ildən çox Gəncənin məhşur saatsazı olub, ona da bu sənət babasından qalıb. “Mən bu işin sirrlərini 15 yaşımdan öyrənib, tətbiq etməyə başlamışam. Çalışıram ki, atamın adına layiq usta olum. Sənətim də maraqlı sənətdir, onsuz bir günüm olmasın”, - deyə müsahibim bildirir. Onun sözlərinə görə, atasından qalan emalatxanada illər ərzində mexaniki və elektron mexanizmlərə sahib 100-lərlə divar, masaüstü, cib və qol saatlarını təmir edib.

Hər dəfəsində fəaliyyətini saxlayan mürəkkəb mexanizmləri səbir, diqqət və sevgi ilə yenidən işə salmağı bacarmaq onu işinə daha da bağlayır. “Həkim üçün xəstəsinin dayanan ürəyinin yenidən vurması nə deməkdirsə, mənim üçün də yatmış saatın işə düşməsi o qədər dəyərlidir. Saatın tıqqıltısı psixoloji olaraq insanın işə daha diqqətlə yanaşmasına kömək edir. Yaşı çox olan əntiq saatları təmir edəndə sanki onlarla birlikdə keçmişə səyahət edirəm. Onların qiyməti dözümlülüyü ilə yanaşı, nəsildən nəsilə ötürülməsindədir”, - deyən saatsaz keçmiş SSRİ, Almaniya, Avstriya, İngiltərə, Fransa və İsveçrə istehsalı saatların daha çox marağını çəkdiyini vurğulayır.

Hazırda emalatxanasında olan saatların ən qədimi 19-cu əsrə aiddir. Kvars və mexaniki saatları da təmir etməyi bacaran Vahid Tağıyev ematatxanasına müraciət edənlərin sayının əvvəlki dövrlərlə müqayisədə azaldığını bildirir: “Son zamanlar ağıllı saatlar dəbə düşüb deyə, çox adam onlardan istifadə edir. Başa düşürəm, elektron saatlar texnoloji üstünlükləri və əlavə funksiyaları ilə tanınır, ancaq ənənəvi saatların dəyəri bir başqadır. Çoxu deyir ki, bu sənət də bir sıra sənətlərlə birgə tarixə qovuşacaq, ancaq mən buna inanmıram. Ənənəvi saatlara maraq əvvəlki kimi olmaya bilər, amma onların da öz sevənləri var”.

Usta saatların ömrünün uzadılması üçün məsləhətlər də verir. Bu tövsiyələrə əməl etməklə saatların cəlbedici görünüşünü və funksionallığını uzun müddət qoruyub saxlamaq olar. Onun dediyinə görə, bu qurğular toz və nəmə, eləcə də sarsıntı və zərbəyə həssasdır. Zərbəyə davamlı modellərdə belə, tez-tez fiziki təsirlərlə mikroçatlar görünür. Saat birbaşa günəş işığından, nəmdən və istilik cihazlarından uzaqda saxlanmalıdır. Mexaniki saatları səhər və axşam qurmaq tövsiyə edilir. “Kvars saatlarda batareyanın ömrü orta hesabla 2 il üçün nəzərdə tutulur, xidmət müddəti bitdikdən sonra mütləq dəyişdirilməlidir. Qol saatlarını çıxarıb kənara qoyarkən şüşə səthin yuxarıda olmasına diqqət etmək vacibdir. Saatların təmiz saxlanılması da önəmlidir”, - deyə saatsaz qeyd edir.

Vaxtın dəyərli olduğunu bildirən Vahid Tağıyev onu düzgün tənzimləməyə kömək edən saatların qədrini bilməyi məsləhət görür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see284

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see243

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see232

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see213

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see186

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see175

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see169

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see152

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see151

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see150

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see147

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see144

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see143

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see143

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see140

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see137

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see135

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri