Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

32 saatın zəfəri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

32 saatın zəfəri So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Taleh Şahsuvarov, jurnalist:

- Xəbər axını sürətli, xəbərlərin məzmunu neqativdir. Bu, stress yaradır. Jurnalistika bütün dünyada stresli peşədir. Bu cür səbəblər üzündən.

Amma bu günlərdə Azərbaycan mediası böyük ölçüdə milli, peşəkar, intellektual mövqe sərgiləyir.

İran, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstan mediası ilə müqayisə edək. Bizdən dediyim parametlər üzrə çox geridədirlər.

Yaşasın 150 yaşlı MİLLİ AZƏRBAYCAN MƏTBUATI!

Rövşanə Ağasəfqızı, jurnalist:

- Mənim polisim məni qoruyur...

2 iyul Azərbaycan polisinin günüdür.

Gözümü polis ailəsində açmışam... Ağlım kəsəndən bu peşənın ağır məsuliyyətini dərk etmişəm. Qarabağ savaşının ən qızğın vaxtları yadımdadır... o vaxt döyüşə polislər də gedirdi... atamı bəzən aylarla görmürdüm... 90-ların qaynar dönəmi... 20 yanvar, mitinqlər, meydan hərəkatı... saatlarla atamı gözləyirdik... gecənin tən yarısı qapı döyüləndə biz bacı-qardaş yuxuda olardıq... səhər gün çıxmamış, alaqaranlıqda gözümüzü açardıq ki, artıq atam gedib...

Düşünürdüm ki, bu çox ağır işin ciddi yükünü duyub, ratsiya səsində həyəcan siqnalına oyanan ailəmizdə polis peşəsini davam etdirən olmaz. Oldu amma... qardaşım da atamın yolunu seçdi... paqonun məsuliyyəti bir ayrı şərəf...

Gecəsi gündüzü olmayan, toyundan, yasından qalan, məclis başından yarımçıq qalxan, tikəsini, loxmasını bəzən ayaq üstə udan, balalarını doyunca bağrına basa bilməyən, boranında, qarında daima keşikdə duran, yeri gəldi-gəlmədi qınanılan bu ağır və şərəfli peşə sahiblərinə səbr, dözüm arzu edirəm...

Azərbaycan polisi bayramın mübarək...

Asif Nərimanlı, jurnalist:

- Rusiya rəsmilərinin Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara qarşı zorakılığından sonra Azərbaycanla münasibətlərdə yaranmış gərginliklə bağlı açıqlamalarının məntiqi mübahisəlidir.

Zaxarova deyib ki, "Azərbaycan və Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr var". Peskov isə bir qədər də irəli gedərək, "Ukraynanın münasibətlərimizi pozmaq və gərginlik yaratmaq cəhdlərini görürük" açıqlamasını verib.

Baş verənlərin arxasında Moskvanın iddia etdiyi kimi, "üçüncü qüvvələr" varsa, bu, iki halda mümkün ola bilər:

- ya Rusiya daxilindəki qüvvələr təxribatlar törədir: ki, adətən Kremlin siyasi qərarı olmadan belə hallar baş vermir;

- ya da Rusiya "xarici qüvvələr"in FSB-yə sızaraq, azərbaycanlılara hücum etdiyini açıqlamalıdır.

Moskvanın məsələyə yanaşmasından yalnız bu məntiq çıxır. Ukrayna ilə bağlı iddialara gəlincə, Kiyev müharibə apardığı Moskva ilə nəinki Azərbaycanın, ümumiyyətlə bütün ölkələrin münasibətlərinin pisləşməsində maraqlıdır, bunu gizlətmir də. Lakin Bakının siyasətinə təsir etmək imkanı, yaxud bu məsələdə yönləndirməsi mümkün deyil.

Rusiyanın "kənar qüvvələr" iddiasının məqsədi aydındır: diqqəti törətdikləri zorakılıqdan yayındırmağa və məsuliyyətdən qaçmağa çalışırlar.

Elxan Şahinoğlu, politoloq:

- Kremlin nəzarətindəki jurnalistlərə yeni "tezis" verilib. "Tezisin" mahiyyəti budur ki, Yekaterinburqda öldürülənlər azərbaycanlı olsalar da, Rusiya vətəndaşıdırlar. Bu "tezisin" davamında bir ağızdan bu sualı səsləndirirlər: "Rusiya vətəndaşlarının həbsinin və onların öldürülməsinin Azərbaycana nə aidiyyəti var?" Yəni demək istəyirlər ki, Azərbaycan Yekaterinburqdakı hadisəyə reaksiya verməklə Rusiyanın daxili işlərinə qarışıb. Birincisi, nə hikmətdirsə, Yekaterinburqda 27 iyunda həbs olunan, işgəncə görən və öldürülən Rusiya vətəndaşlarının tamamı azərbaycanlıdır. Demək, bu, məhz Rusiya vətəndaşı olan etnik azərbaycanlılara qarşı əməliyyat olub. Buna susmaq olmazdı. Deyirlər ki, həbslər 25 il əvvəlki kriminal hadisəylə bağlı olub. Bəs onda həbs olunanların əksəriyyətinə işgəncə verəndən, döyəndən sonra niyə sərbəst buraxıblar? Deməli, "kriminal hadisə" bəhanədir. İkincisi, Kreml ruporları "Azərbaycan Rusiya vətəndaşları olan azərbaycanlıların məsələsinə qarışmamalıdır" prinsipindən çıxış edirsə, özü niyə müxtəlif dövlətlərdə rusdilli əhalinin qorunması vacibliyindən danışır? Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibə məhz "rusdillilərin qorunması" bəhanəsiylə başlayıb. Halbuki Kremlin istinad etdiyi həmin rusdillilər Ukraynanın vətəndaşları və ciblərində Ukrayna pasportu daşıyanlar idi. Kiyev də eyni arqumentlə çıxış edərək sual səsləndirə bilər ki, "Ukrayna vətəndaşı olan rusların Kremlə nə dəxli var, daxili işimizə niyə qarışırsınız?"

Kreml başqa "tezis" də ortaya atıb: "Kiyev Azərbaycanla Rusiyanın arasını vurur". Deməli, Rusiya mülki təyyarəmizi raketlə vurub, insanlarımızı öldürüb, daha sonra Yekaterinburqda soydaşlarımızı qətlə yetirib, bunlara görə üzr istəmək və günahkarları cəzalandırmaq əvəzinə Kiyevin guya Bakı ilə Moksvanın arasını vurduğunu iddia edir. Rusiya Prezidenti Vladimir Putinin etmədiyini Ukrayna Prezidenti Volodimir Zelenski edib, azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək başsağlığı verib. Kiyev ara vurmayıb, Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə edib.

Mir Səməd, bloger:

- Ali məktəblərin rus bölmələrinin  tezliklə qapadılacağı barədə yayılan sənəd saxta çıxdı.

Bəziləri deyir, rusdilli məktəblərdə təhsil pullu olsun. Bəli, məntiqlidir, öz ana dilində oxumaq istəmirsənsə, onda özgə dildə oxumaq üçün pul xərclə, amma burada bir nüans var.

Sabah bu məktəblər pullu təhsilə keçsə və məlum olsa ki, uşaqlarını ödənişli rus sektoruna qoymaq istəyənlərin sayı əvvəlkindən də çoxdur, onda necə olacaq?

Belə də ola bilər...

Hər il məktəbə qəbul dövründə, valideynlərin etirazları ilə qarşılaşırıq. Rus bölməsində guya yer az idi, hamıya yer çatmadı, müsabiqə obyektiv keçirilmədi və sair və ilaxır...

Niyə valideynlər hələ də uşaqlarını başqa dildə oxumağa qoymaq istəyirlər, istəmirlər e, əsl mübarizə aparırlar.

Əsas sual budur.

Vüsalə Məmmədzadə, müəllim:

- Azərbaycan doktoru...

Beyin cərrahı, doktor Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən "Gigant beyin arteriovenoz malformasiya" cərrahi əməliyyatını uğurla həyata keçirib.

Əməliyyatın sonunda həkim yorğunluqdan yerə yıxılıb və bu anı sosial media hesabında "ZƏFƏR" başlığı ilə paylaşıb.

İlkin Rüstəmzadə, ictimai-siyasi fəal:

- Bugün Rusiyaya qarşı atılan sərt və qürurlu addım, diplomatik cəhətdən düzgündür, yoxsa yox, müzakirə edə bilərsiniz.

Amma siyasi cəhətdən yerindədir, adekvatdır və millətimiz üçün qürurvericidir.

Tarix çox qəddar şəkildə öyrədir ki, başını dik qaldıra bilməyən millətlər gec, ya tez özündən güclü millətlərin içində əriyib gedirlər.

Əgər başı dik millətlərdən olmaq istəyiriksə, gərəkdiyində sərt dayanmağı bacarmalıyıq.

Bugün yayılan görüntülər mənə dəhşətli şəkildə zövq verdi.

Rusların o hala salınmasından yox ha. Qətiyyən.

Mən də bir insan kimi, bir insanın başqa bir insanı o hala salmadığı, qaz yerişi yeritmədiyi bir dünyada yaşamaq istərdim.

Amma reallıq sərtdir. Qəddardır. Və bu qəddar dünyada qürurlu millət olmaq istəyiriksə, lazım gəldiyində özümüzdən güclülərə dirəniş göstərməyi bacarmalıyıq.

Mən bugün ona görə baş verənlərdən sözün əsl mənasında ləzzət aldım ki, bu, bizim tariximizdə bir ilkdir.

Min ildir bizi doğrayırlar, kəsirlər, işğal edib tapdalayırlar. Üzü monqoldan bu tərəfə. Və biz tariximizdə ilk dəfə öz 200 illik cəlladımıza bu qədər sərt şəkildə baş qaldırırıq. "Biz sənin kölən deyilik", deyirik.

Sabah nə olacaq, bunu düşünmək hamınızın, hamımızın haqqıdır.

Amma bugün baş verən şeyin, qürurlu millət olmağın həzzini yaşamaq günüdür.

Hacıbəy Heydərli, jurnalist:

- Azərbaycan 21-ci əsrdə müharibələrdə tam qələbə qazanmış yeganə ölkədir. Xalq qalib liderinin arxasındadır və onun artıq dillərə əzbər olan "mən bilirəm nəyi, nə vaxt və necə edəcəm" cümləsi hər bir vətəndaşımız üçün güvən və inam mənbəyidir.

Azərbaycan bu gün yalnız Ermənistan üzərində deyil, regionun böyük gücləri, o cümlədən Rusiya qarşısında da özünü müstəqil və qalib dövlət kimi nümayiş etdirir. Müharibədən sonrakı mərhələdə Azərbaycanın prinsipial mövqeyi, suverenliyinə tam nəzarəti və Rusiya sülhməramlılarının bölgədən çıxması bunu açıq şəkildə sübut edir. Bu, Cənubi Qafqazda geosiyasi reallıqları dəyişdirən, Azərbaycanın iradəsini tanıdan mühüm addım idi. Bu reallığı dünyanın bütün aktorları anlayır və qəbul edir.

Və ən əsası - bu gün heç bir ölkə Azərbaycanla diktə dili ilə danışa bilməz. Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan, daxili və xarici siyasətini öz strateji planlarına əsasən həyata keçirən müstəqil dövlətdir. Heç bir təzyiq, heç bir yönləndirmə Azərbaycanın qərarlarına təsir edə bilməz.

Prezident İlham Əliyev təkcə Azərbaycanda yaşayanların deyil, dünyanın hər yerində yaşayan milyonlarla azərbaycanlının lideridir. Onun siyasəti bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirir, milli qürur və həmrəylik hissini gücləndirir. Bu gün istər Avropada, istər Amerikada, istərsə də Asiyada yaşayan azərbaycanlılar Prezidentin qətiyyətli mövqeyini, milli maraqları qoruyan siyasətini böyük dəstəklə izləyirlər.

Rusiya anlamalıdır ki, Azərbaycanla başqa cür danışmaq, təzyiq dili ilə yanaşmaq mümkün deyil.

Azərbaycanın mövqeyi aydındır: biz suverenik, güclüyük, qalib ölkəyik və heç kimin təsiri altında qərar vermirik. Bu reallığı qəbul etmək regionda sabitlik və əməkdaşlıq üçün yeganə düzgün yoldur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri