Icma.az
close
up
RU
“Sabah” artıq potensial lider deyil!

“Sabah” artıq potensial lider deyil!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sabah (Bakı) – Şamaxı 0:0
92. Stas Pokatilov – 6,0
27. Timoteuş Puxaç – 5,5
40. İqor Noqeyra – 5,5
3. Stiv Solvet – 5,0
2. Amin Seydiyev (k) – 5,0
13. İvan Lepinitsa – 5.5
(10. Anatoli Nuriyev, 68) – 5,0
33. Umarali Raxmonaliyev – 5,5
19. Aron Maluda – 5,0
(11. Kahim Parris, 68) – 5,0
21. Velko Simiç – 5,5
88. Xəyal Əliyev – 4,5
(46. Aleksey İsayev, 46) – 5,0
20. Coy-Lens Mikels – 5,5
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
5. Rəhman Daşdəmirov
6. Abdulla Xaybulayev
89. Cəfər Muxtarov
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Stas Pokatilov
1. Rikardo Fernandes – 5,5
82. Rüfət Abbasov – 6,5
3. Vladislav Veremeyev – 5,5
4. Sezar Enrike – 5,5
44. David Santos – 5,5
5. Arsen Ağcabəyov (k) – 5,5
8. Alfons Msanqa – 5,5
(27. Emil Süleymanov, 77) – qiymətsiz
13. Rikardo Apolinario – 5,5
97. Oruc Məmmədov – 5,5
(6. Antonio Lara, 86) – qiymətsiz
11. Dioqo Balau – 6,0
(7. Edqar Adilxanov, 86) – qiymətsiz
19. Abdullahi Şuaybu – 5,5
(80. Həbib İsmayılov, 63) – 5,0
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
21. Bilal İsmayılov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
24. Sənan Muradlı
90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rüfət Abbasov
Vərəqələr: A.Ağcabəyov, 54 (qeyri-idman hərəkəti). H.İsmayılov, 74 (qeyri-idman hərəkəti). U.Raxmonaliyev, 75 (qeyri-idman hərəkəti). V.Veremeyev, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Əli Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Anar Şıxəliyev (Bakı).
23 noyabr. Bakı. “Bank Respublika Arena”. 827 tamaşaçı (8900 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Araz-Naxçıvan” – “Turan Tovuz” matçında qeydə alınan heç-heçə sayəsində “Sabah” üçün əla fürsət yaranmışdı. Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “bayquşlar” elitada qalmaq üçün tər tökən “Şamaxı”nı məğlub edə, beləcə 2-ci pilləyə yüksələ, ən əsası potensial lider statusunu qoruya bilərdi. Lakin ağla gəlməyən başa gəldi. Yox, “bayquşlar” “şirlər”ə uduzmadı. Sadəcə, “doğma divarlar” arasında meydana çıxan komanda elə oyun göstərdi ki, nə özünə yaraşdı, nə də favorit statusuna.

Hər halda, ardıcıl 8 matçda uduzmayan kollektivdən daha çoxunu gözləmək sadəlövhlük deyildi. “Şamaxı” isə məqsədə çatdı. Heç şübhəsiz, istər büdcənin, istərsə də heyətin səviyyəsinə görə rəqibdən xeyli geridə olan “şirlər” üçün 1 xal böyük qənimətdi. O başqa məsələ ki, bölgə təmsilçisinin 3 xal qazanmaq ehtimalı da az deyildi. Sadəcə, bunun üçün əvvəlcə Şuaybu 5-ci dəqiqədə ələ düşən fürsəti boşa verməməliydi. Lakin o Rüfətin cərimə meydançasına göndərdiyi topa qeyri-dəqiq zərbə endirməklə imkanı əldən verdi. Bir qədər sonra Rüfət özü bəxtini sınadı ki, təxminən 30 metr məsafədən tora qovuşdurmaq istədiyi “kürə” Pokatilovun toxunuşundan sonra istiqamətini dəyişdi. “Sabah”ın ilk təhlükəli hücumu 21-ci dəqiqədə təsadüf etdi. Burda Maluda komandasını üzdü: fransalı Fernandeslə bacarmadı. Çox keçmədən Rüfəti növbəti dəfə hadisələrin mərkəzində gördük. Bu dəfə başla fərqlənmək istəyən gənc müdafiəçi Pokatilov səddini aşa bilmədi. 34-cü dəqiqədə qeydə alınan epizodda isə Mikels bombardirlər siyahısında yenidən lider olmaq imkanını qaçırdı. Bu, Fernandesin almaniyalının zərbəsini dəf etməsi üzündən mümkün oldu. Nəticədə komandalar fasiləyə qolsuz yollandı. Təbii ki, belədə azarkeşlər ikinci yarının daha gərgin keçəcəyini düşünürdü. Lakin hər kəsin gözü yolda qaldı. Elə bizim də!
Maraqlıdı ki, 2-ci yarıya “Şamaxı”daha aqressiv başladı. Qonaqlar hələ 46-cı dəqiqədə Balau sayəsində hesabı aça bilərdi ki, Pokatilov komandasının xilaskarına çevrildi. Qolkiper 59-cu dəqiqədə Rüfətin daha bir zərbəsini dəf etməli oldu. “Sabah”ın 61-ci dəqiqəyə təsadüf edən fürsəti isə bəxtsizlik üzündən qolla tamamlanmadı. Daha doğrusu, Lepinitsanın təxminən 20 metrdən “çərçivə”yə göndərmək istədiyi top dirəkdən qayıtdı. Bir qədər sonra Parris qeyri-dəqiq zərbə ilə yadda qaldı. “Sabah”ın qol axtarışı 90+2-ci dəqiqədə də bəhrə verə bilərdi. Sadəcə, qapıçı Mikelsin qüvvətli zərbəsinin qarşısını aldı.
Beləliklə, Masazırda qol vurulmadı. Nəticədə “Şamaxı” xal ehtiyatını artırmağın sevincini yaşadısa, “Sabah” məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırmaqda təsəlli tapdı.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri