Sabah Azərbaycan Kubokunda yubiley qolunu vurdu
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Sabah" Azərbaycan Kubokunda yubiley qolunu vurub.
Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.
"Qarabağ"la səfər görüşündə hesabı açan Umarali Raxmonaliyev Bakı klubunun yubiley - 50-ci qolunun müəllifi olub. "Bayquşlar" ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə çatdırıblar.
"Sabah"ın orta məhsuldarlığı 1,89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda 3 dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vuran komandaların sayı 21-ə çatıb.
Kubokda 2017/2018 mövsümündə debüt edən "Sabah" ilk qolunu növbəti ildə vurub. "Sabah" 2018/2019 mövsümünün 1/8 finalında "Ağsu"ya 3:0 hesabı ilə qalib gəlib. Komandanın kubokdakı ilk qolunu 2018-ci il dekabrın 6-da keçirilən görüşün 6-cı dəqiqəsində Bəxtiyar Soltanov vurub.
Baxış sayı:189
Bu xəbər 04 Aprel 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















