Icma.az
close
up
RU
Sabah Bakıya leysan yağacaq PROQNOZ

Sabah Bakıya leysan yağacaq PROQNOZ

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı, axşam yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri