Sabah bəzi rayonlarda qaz təchizatında fasilə yaranacaq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə XQ-yə "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək.
Bu məqsədlə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonları tam olaraq (ümumi 46 071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26 672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:Sabah bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq
03 Mart 2026 18:26
Sabah İmişlinin qaz təchizatında fasilə yaranacaq
24 Sentyabr 2025 19:10
Sabah bəzi rayonlarda qaz təchizatında müvəqqəti fasilə olacaq
10 Dekabr 2024 23:37
Bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
06 Mart 2025 10:01
Baxış sayı:148
Bu xəbər 16 Fevral 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















