“Sabah” bizə çətinlik yaşatdı” Velaskes
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Xulio Velaskes jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:
– Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam tapşırıqları yerinə yetirdi. İlk oyunda qazandığımız nəticəni qorumağı yox, qələbəni düşünürdük. Rəqib çətin anlar yaşatdı. Fərdi olaraq keyfiyyətli oyunçuları var. “Sabah” bəzi anlarda bizə çətinlik yaşatdı.
– Komanda Bolqarıstandakı oyundan fərqli olaraq bu gün daha rahat görünürdü. Dəyişən nə idi?
– Heyətdə yalnız bir oyunçu dəyişmişdi. Yalnız Rupanov startda idi. Nəyə görə rahat idik? Çünki futbolçular qarşılarına qoyulan tapşırıqları bilirdilər. Onlar fədakarlıq etdilər.
– Komandanız müdafiədə etibarlı oynadı…
– Həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Əsas olan xətlərarası əlaqəni yaxşı qurmaq idi. Rəqibdən asılı olaraq dəyişiklik edə bilərik. Bu, qarşımızda olan tələbdən asılıdır.
– “Levski” ilə Avropada ilk mövsümünüzdür. Hədəfiniz nədir?
– Mentalitetim ancaq oyundan oyuna getməkdir. Yalnız qarşıdakı oyunlara köklənirəm.
– “Sabah”ın heyətində fərqləndirdiyiniz xüsusi oyunçu var?
– “Sabah”ın yaxşı baş məşqçisi var. Fərdi olaraq danışmağı xoşlamıram. Akim Zedadka İspaniyada mənim oyunçum olub. Valdas Dambrauskas yaxşı komanda yaradıb. Əminəm ki, klubun transfer bazarında öz dəyəri var.
Şahin Cəfərov
Baxış sayı:116
Bu xəbər 28 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















