Icma.az
close
up
RU
Sabah bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər Aslan Kərimov

Sabah bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər Aslan Kərimov

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Sabah” "Orhus"u məğlub edərək (4:0) pley-off mərhələsinə vəsiqə qazanıb. "Bayquşlar" Liqa mərhələsinə vəsiqə uğrunda son sınaqda İsrailin "Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq.  
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "Sabah"ın pley-off perspektivi barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Gözləntilərim pozitivdir. ÇL-də pley-off mərhələsinə gəlib çıxmaq böyük uğurdur. Hər turda daha güclü rəqiblərlə qarşılaşırıq. Dönüb Danimarka təmsilçisi ilə oyuna baxsaq, böyük hesablı qələbə heç də asan başa gəlmədi. Çox güc sərf etdilər və "Orhus"un da tez-tez təhlükə yaratdığın görmək olurdu. İndi qarşılaşacağı rəqib isə daha güclüdür. İsrail təmsilçisinin heyətində olan legioner futbolçular yaxşı oyunçulardır və onların sayəsində komanda ötən mövsüm çempion olmağı bacarıb. Hər iki komandanın şanslarını bərabər dəyərləndirirəm. “Hapoel” “Sabah”a çətinliklər yarada bilər. Valdas Dambrauskasın komandası hücuma aludə olan kolektivdir. Tez-tez müdafiəçilərlə birgə irəli xəttə çıxmağı bacaran bir heyət var. Lakin əks-hücumlara və boşluqlar verməməyə çalışmalıdırlar. “Orhus”un səfərdə vurduğu qollar demək olar ki, məhz bu cür keçidlərdən sonra reallaşıb. İsrail təmsilçisinin heyətində də futbolçular var ki, boşluqlardan istifadə etməyi bacarırlar. Ancaq onu da bildirim ki, Azərbaycan çempionu da hücumda rəqibə təhlükə yarada biləcək gücə sahibdir. “Hapoel”ə də qol vura bilərlər. Səfərdə oynadığımız üçün ələ düşən hər imkandan istifadə etməliyik. Məncə, “Sabah” məğlub olmaya və səfərdən yaxşı nəticə ilə dönə bilər”.

Qeyd edək ki, tərəflər arasında ilk görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

İbrahimli Əlisahib

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri