Icma.az
close
up
RU
Aslan Kərimov Sele Sabah matçını belə şərh etdi

Aslan Kərimov Sele Sabah matçını belə şərh etdi

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda "Sele"yə uduzan (2:3) "Sabah" dünən Sloveniyada baş tutan cavab qarşılaşmasında qeydə alınan 3:3 hesablı bərabərlik nəticəsində bu turnirdə mübarizəni dayandırdı. "Bayquşlar" artıq nəyə qadir olduqlarını UEFA Konfrans Liqasında göstərməyə çalışacaqlar. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb yetərincə gərgin alınan oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əslində, oyundan öncə də kağız üzərində favoritin "Sele" olduğunu demişdim. Rəqibin heyətində fərdi keyfiyyəti yüksək olan futbolçuların ispan mütəxəssis Albert Rieranın futbol fəlsəfəsi ilə vəhdəti belə bir komanda formalaşmasını şərtləndirmişdi. Bilirdim ki, rəqibin təzyiqi qarşısında daha az təcrübəyə malik Azərbaycan təmsilçisi əziyyət çəkəcək. Yeni baş məşqçi, müdafiədəki problemlər belə düşünməyə əsas verirdi. "Sele" hücum potensialı baxımından hər iki qarşılaşmada effektli göründü. Hərcənd onların da müdafiə xəttində boşluqlar az deyildi. Rəqibin cinah müdafiəçiləri hücumlara qoşulur, geri qayıdarkən bir qədər ləngiyirdilər. Bundan faydalanan "Sabah" Sloveniyadakı matçın ikinci yarısında da ardıcıl iki qol vurmağı bacardı. Təəssüf ki, belə performansın ardından yenə qapımızda qol gördük və rəqib əlavə vaxtda daha bir dəfə fərqlənərək istəyinə çatdı. Bizdə müdafiədə bir qədər aqressivlik çatmadı. İstənilən halda, "Sabah" özünəinam və motivasiya planında meydanda yaxşı işlər gördü. Texniki tərəfdən çatışmazlıqlar az olmasa belə... Düşünürəm ki, "Sabah" üçün Konfrans Liqasındakı mübarizə daha asan olacaq. Məncə, Azərbaycan təmsilçisi KL-in ikinci təsnifat mərhələsində "Petrokub"u keçəcək. Qrupa düşüb-düşməyəcəyini indidən deyə bilmərəm, amma çox irəliləyəcəklər. Rəqiblərin kim olacağı bir qədər də bəxt amilinə bağlı məsələdir".

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 İyul 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see346

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see335

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see329

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see324

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see322

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see262

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see259

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see245

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see239

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see238

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see233

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see232

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see229

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see227

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see227

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see214

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see197

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see189

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri