Icma.az
close
up
RU
Sabah bu cütün qalibi ola bilər Aslan Kərimov

Sabah bu cütün qalibi ola bilər Aslan Kərimov

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" ilə qarşılaşıb. Ölkə çempionu Danimarkada 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb ilk oyun və cavab matçı barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Maraqlı oyun izlədik. Matçın əvvəlində "Orhus" yüksək səviyyədə pressinq elədi və "Sabah" bir az çətinliklə üzləşdi. Amma görüşün irərləyən dəqiqələrində təmsilçimiz oyunu balanslaşdırmağı bacardı. Təxmin etdiyimiz kimi də oldu, danimarkalılar yüksək təzyiqlə oynadılar. İlk hissədə "bayquşlar" 2 dəfə rəqibi əks-hücumda tutmağı bacardı. Son zərbələrdə az da olsa, çatışmazlıqlar oldu. Rəqibin də üstün tərəfini qeyd etmək lazımdır ki, "Sabah"ın basqılarına baxmayaraq o təzyiqdən çıxmağı bacarırdılar. İlk hissədə 4-2-4 sistemi ilə pressinq edirdik, lakin irəli "4-lü"nü rahat keçə bilirdilər. Rəqib yaxşı kombinasiyalar edirdi, sürətli oynayırdılar. Bunun nəticəsində də birinci qolu vurmağı bacardılar. Çox yaxşı zərbə idi, onu tutmaq da çətindir. Çünki topu tam "9-luğ"a göndərdi.
İkinci hissədə oyunu bərabərləşdirmək istəsək də, ikinci qol gəldi. İnsafən, o da baxımlı zərbə idi. Ancaq mənə elə gəlir ki, qapıçıya bu haqda nəsə demək olmaz. Xoş tərəflərdən biri o idi ki, ikinci yarıda artıq biz oyuna nəzarəti ələ keçirməyi bacardıq. "Sabah" effektiv hücumlar qurrurdu. Lakin yenə son zərbələrdə dəqiqlik əskik idi. 100 faizlik qol imkanlarımız belə oldu. "Sabah" bu matçı bərabərə də bitirə bilərdi. Dirəkdən dönən zərbələr, vurulan qolun ofsayd olması və digər bu kimi epizodları da unutmaq olmaz. Azərbayan təmsilçisi azarkeşlərin gözünü oxşayan bir matç nümayiş etdirdi.
Cavab oyunu haqqında nə deyə bilərəm? Bakıda lehimizə olacaq məqamlardan biri hava şəraiti ola bilər. Paytaxtın istisi rəqib üçün cəhənnəmə çevrilə bilər. Növbəti avantaj azarkeşlərdir. Onlar rəqibi basqı altında saxlaya bilərlər.
Rəqibin üstünlüyü çoxtərəfli olmalarıdır. "5-li" müdafiə olunmağı bacarırlar ki, bunlardan 3-ü mərkəz, 2-si cinah müdafiəçiləridir. Ehtiyat etməli olduğumuz cəhətlər əks-hücumlar, standart vəziyyətlər və aut atışlarıdır. Açıq zona gördükləri anda bundan istifadə etməyi bacarırlar.
Buna baxmayaraq, "Orhus" keçilməz rəqib deyil, səbrli oynamaq lazımdır, tələsməməliyik. "Sabah" bu cütün qalibi ola bilər. Ən azından birinci oyundan sonra şansları eyni hesab edirəm".

Qeyd edək ki, cavab matçı paytaxtda avqustun 11-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://fanat.az
archiveBu xəbər 06 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri