Sabah bu rayonda QAZ OLMAYACAQ
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabah Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Bakıvaxtı.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilir ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə noyabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Sabah bu rayonda qaz olmayacaq
04 Dekabr 2024 20:59

