Avtomobil daşıyıcıları Orta Dəhlizin fəaliyyətində fəal iştirak etməlidir Ekspert
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 28 sentyabr, AZƏRTAC
Avtomobil daşıyıcıları Orta Dəhlizin fəaliyyətində fəal iştirak etməlidirlər.
Bu fikrl AZƏRTAC -a müsahibəsində nəqliyyat və logistika üzrə ekspert, “Heavy Trans” Assosiasiyasının (Qazaxıstan) direktoru Sayran Mederov bölüşüb.
Ekspertin fikrincə, Orta Dəhliz hazırda uzunsürən şimal və cənub marşrutlarına alternativdir və Çin ilə Avropa arasında yük daşımalarının bir hissəsi üçün yolu qısaltmağa imkan verir, xüsusən də söhbət layihə, qabaritli olmayan və ağır yüklərdən getdikdə.
“Biznes nöqteyi-nəzərindən onun əsas üstünlüyü düzgün qurulmuş logistika ilə vaxt və xərclərə qənaətdir. Lakin bu üstünlük avtomatik olaraq reallaşmır - bu, sıx dəhliz idarəetməsi, bərə xidmətinin müntəzəm olması, əlaqələndirilmiş liman və dəmir yolu infrastrukturu və avtomobil daşıyıcılarının fəal iştirakı tələb edilir”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
Assosiasiyanın direktoru onu da qeyd edib ki, hazırda avtomobil daşıyıcıları Orta Dəhlizin əsas istifadəçiləri sırasındadır. Buna baxmayaraq, “Middle Corridor” Beynəlxalq Assosiasiyasının tərkibində dəmir yolu şirkətləri, limanlar və digər operatorlar üstünlük təşkil edir. Mederovun sözlərinə görə, avtomobil nəqliyyatı sektorunun rəsmi iştirakının olmaması multimodal daşımaların inkişafı potensialını məhdudlaşdırır və bazar maraqlarının tam nəzərə alınmasına imkan vermir.
O, həmçinin bildirdi ki, Orta Dəhliz iştirakçı ölkələrinin Avtomobil Daşıyıcıları Assosiasiyası “Middle Corridor” Beynəlxalq Assosiasiyası çərçivəsində ixtisaslaşmış Avtomobil Blokunun yaradılması təşəbbüsünü müzakirə edir. Ona marşrut ölkələrindən olan avtomobil daşıyıcılarının nümayəndəsinin rəhbərlik edəcəyi və onun da assosiasiyanın rəhbər orqanlarının tərkibində çalışacağı ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Sentyabr 2025 03:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















