Sabah dərslər onlayn formatda keçiləcək
Icma.az bildirir, Pravda.az-ə əsaslanaraq Sabah dərslər onlayn formatda keçiləcək.
Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.
Sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetləri, Baki Slavyan Universiteti, Fransız Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərslər onlayn keçiriləcəcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.
Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.
Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.

