“Sabah” etiraz edir Video
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Sabah” futbol klubu hakimlərin yanlış qərarları səbəbindən bu mövsüm 4 xal itirdiyini düşünür.
QOL.az xəbər verir ki, bu barədə klub sosial media hesabında paylaşımlar edib.
Bu gün Misli Premyer Liqasının 9-cu turunun “Araz Naxçıvan”a qarşı görüşündə “Sabah” 2 xal itirib (2:2). Naxçıvan təmsilçisi bərabərlik qolunu 90+9-cu dəqiqədə vurub. “Sabah” klubu hesab edir ki, qol vurulmazdan əvvəl əslində rəqib oyunçu qaydanı pozsa da, baş hakim Rəşad Əhmədov “Araz Naxçıvan”ın lehinə qərar verib. Bu hücum zamanı onlar hesabı bərabərləşdirib və “Sabah” 2 xal itirib.
Paytaxt klubunun daha bir etirazı isə 6-cı turda “Sumqayıt”la oyunla bağlıdır. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi həmin matç 1:1 hesabı ilə yekunlaşıb. “Sabah” klubu hesab edir ki, bu matçda isə onların təmiz qolu qeydə alınmayıb.
Beləliklə, “Sabah” klubunun fikrincə, hakim səhvlərinə görə, komanda bu 2 turda 4 xal itirib.
Baxış sayı:98
Bu xəbər 25 Oktyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















