Sabah ın hücumçusu: Mövsümün əvvəlində çempionluğu gözləmirdik
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mövsümün əvvəlində çempionluğu gözləmirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Xəyal Əliyev deyib.
Ötən gün mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verən 22 yaşlı hücumçu Misli Premyer Liqasının qalibi olmaları ilə bağlı təəssüratlarını bölüşüb:
"Titulu qazanmaq bizə də sürpriz oldu. Çempion olduğumuz üçün çox sevincliyəm. Azarleşlərimizə bizə dəstək olduqları üçün təşəkkür edirəm. Onları da təbrik edirəm".
Azərbaycan millisinin üzvü Valdas Dambrauskasın ona şans verdiyini xatırladıb:
"Baş məşqçimizə təşəkkür edirəm. Düşünürəm ki, mənə verilən şansı yüksək səviyyədə dəyərləndirdim".
Əliyev UEFA Çempionlar Liqasında çıxış edəcəklərini sözlərinə əlavə edib:
"Hər komanda bu turnirdə oynamağı bacarmır. İnşAllah Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanarıq".
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə start verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 May 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















