Sabah ın Randers səfərinin təfərrüatları heyətdə itki varmı?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasında inamla irəliləyən "Sabah" avqust 5-də 3-cü təsnifat mərhələsinin ilk oyununda Danimarka "Orhus"unun qonağı olacaq. "Bayquşlar" matçın keçirilməsi üçün bu ölkənin Randers şəhərinə yollanmalıdı.
Masazır təmsilçisinin səfər proqramı haqda məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus az"a cavabı:
"Komanda sabah çarter reysi ilə Danimarkaya - Orhus şəhərinə yollanacaq. Baş məşqçi Valdas Dambrauskasın mətbuat konfransı yerli vaxtla saat 18.00-da (Bakıda 20.00), kollektivin oyunöncəsi açıq məşqi isə yerli vaxtla saat 18.30-da (Bakıda 20.30) olacaq. Heyətdə itki yoxdu".
Xatırladaq ki, "Orhus" - "Sabah" qarşılaşması Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. Cavab görüşü avqustun 11-də, saat 20.00-da "Bank Respublika Arena"da start götürəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:“Qarabağ”ın rəqibi qələbələri sıralayır heyətdə dəyişiklik varmı?
24 İyun 2026 14:21
Sabah ın futbolçusu DÇ 2026 üçün geniş heyətdə
26 May 2026 13:59
Trampın Britaniya səfərinin təfərrüatları açıqlandı
16 Sentyabr 2025 08:40
UEFA Konfrans Liqası: Sabah ın Bolqarıstana səfərinin detalları müəyyənləşib
04 Avqust 2025 14:06
Zelenskinin Polşa səfərinin təfərrüatları məlum oldu
19 Dekabr 2025 14:11
Baxış sayı:174
Bu xəbər 02 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















