Sabah komandası bu gün Barselona ilə üz üzə gələcək
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Newscenter.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.
Liqa mərhələsinin V turunun qarşılaşması Bakı Olimpiya Stadionunda, saat 21:45-də start götürəcək.
Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
"Sabah" hazırda 3 xalla 30-cı yerdədir. İngiltərənin "Mançester Yunayted" (0:4), Almaniyanın "Borussiya" (Dortmund) (1:2) və Norveçin "Vikinq" komandasına (1:4) uduzan Azərbaycan təmsilçisi III turda "Slaviya"ya (Çexiya) qalib gəlib - 2:0.
"Barselona" isə 9 xalla 8-ci pillədə qərarlaşıb. Kataloniyalılar daha əvvəl İngiltərənin "Aston Villa" (3:0), Türkiyənin "Qalatasaray" (4:1) və Niderlandın "Feyenoord" (5:1) klubunu məğlub edib. "Barselona" yeganə məğlubiyyətini II turda Fransada PSJ ilə görüşdə alıb - 2:4.
Bu mövzuda digər xəbərlər:Sabah Barselona ilə üz üzə gələcək
27 Avqust 2026 20:39
“Barselona” “Atletiko” ilə üz üzə gələcək
06 Fevral 2026 17:44
“Sabah” basketbol komandası bu gün NTD ilə üz üzə gələcək
23 Oktyabr 2026 10:24
UEFA Çempionlar Liqası: “Sabah“ “Barselona“ ilə üz üzə gələcək CANLI YENİLƏNİR
27 Avqust 2026 20:42
Sabah bu gün TNS ilə üz üzə gələcək
14 İyul 2026 09:11
Baxış sayı:90
Bu xəbər 25 Noyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















