“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah" heyətinə yeni futbolçu qatıb. Daha əvvəl Eyden Makkarti, Yunis Laşab, Junior Erivaldo Almeyda, Ksander Severina, Rodriqo Fernande. və Amin Ramazanov ilə müqavilə imzalayan "bayquşlar"ın növbəti transferi Kristian Nvaçukvu olub. Masazır təmsilçisi nigeriyalı vingerlə 3 illik razılıq əldə edib.
"Football-plus.az"ın məlumatına görə, 20 yaşlı futbolçu İngiltərənin “Şeffild Yunayted” komandasından transfer olunub. Sol cinah yarımmüdafiəçisi karyerası ərzində Nigeriyanın “Drims” (2023), Rusiyanın “Vista Qelencik” (2023-24), Bolqarıstanın “Botev” (2024-25), İngiltərənin “Şeffild Yunayted” (2025-26) və icarə əsasında Türkiyənin “Serikspor” (2026) komandalarında oynayıb. Daha sonra yenidən İngiltərə təmsilçisinə dönüb.
Nvaçukvu 169 sm boya malikdi. Onun "Transfermarkt"dakı dəyəri 600 min avrodu. Yarımmüdafiəçi 2025/26 mövsümündə Türkiyənin 1-ci liqasında 11 oyun keçirib. Bu oyunların 6-da mübarizəyə start heyətində başlayıb. Futbolçu bu matçlarda cəmi 668 dəqiqə meydanda olub, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















