Icma.az
close
up
RU
Sabah məni o qədər də təəccübləndirmədi, komanda 60 cı dəqiqədən sonra dayandı Tərlan Əhmədov

Sabah məni o qədər də təəccübləndirmədi, komanda 60 cı dəqiqədən sonra dayandı Tərlan Əhmədov

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Azərbaycanlı futbol məşqçisi Tərlan Əhmədov Sportal.az saytına açıqlama verib.

O, Avropa Liqasında ölkəmizi təmsil edən "Sabah"ın "Çelye"yə qarşı 1-ci təsnifat mərhələsindəki oyununu dəyərləndirib:

"Ümid edirdim ki, “Sabah” evdəki oyunda qalib gələcək.Yeni baş məşqi gəlmişdi, oyun və heyət baxımından dəyişiklik olmalıydı. Meydançada yenilik gözləyirdim. Məğlubiyyət futbolçun bir parçasıdır, son dəqiqədə buraxılan qolla uduzdular. Amma açığı deyim ki, “Sabah” məni o qədər də təəccübləndirmədi, komanda 60-cı dəqiqədən sonra meydanda dayandı və üstünlüyü rəqibə verdi. Bu baxımdan da “Çelye” daha rahat və daha sakit idi. “Sabah”da top saxlamaq, topa nəzarət etmək, oyunu öz üzəri nə götürmək, oyunu idarə etmək baxımından çox geridə qalmışdı. Bütün bunları nəzərə alsaq, məğlubiyyət "Sabah" üçün qaçılmaz idi. "Çelye" ötən mövsüm Konfrans Liqasında 1/4 finalda "Fiorentina"ya minimal hesabla uduzmuşdu. Sadəcə fasilədən sonra komandaların şansları bərabər olur. Valdas Dambrauskasın “Çelye” ilə oyundan sonra dediyi fikirlər diqqətimi çəkdi. Bildirdi ki, “Çelye” haqda məlumatımız az idi. Bununa razılaşa bilmirəm. “Çelye”nin ötən mövsüm avrokuboklarda oyunları olub, sırf o matçlara baxmaq mümkün idi. Baş məşqçi, heyət aşağı-yuxarı eynidir, məşqçinin strategiyası, oyun fəlsəfəsi qısa müddətdə dəyişəsi deyildi. Qısa müddətdə özündən nəsə icad edəsi də deyildi. Dambrauskasın bu fikri mənim üçün qaranlıq qaldı ki, yeni gələn baş məşqçi niyə rəqib haqda az məlumatım var desin. Yetərincə vaxtları var idi, Avstriyada toplanış keçdilər. Hər halda, o toplanışda “Çelye” haqda yetərincə məlumat toplaya bilərdilər. Rəqibin üstünlükləri hansı idi, səfərdə hansı tərzdə oynayır, aparıcı  futbolçuları kimdir? Bütün bunlar haqda məlumat toplanmalı idi. “Çelye”nin 10 nömrəli futbolçusu Şturm bütün oyunu idarə edirdi, rahat və sakit idi. İstədiyi vaxt tempi qaldırırdı, istədiyi vaxt dayanırdı. 60-cı dəqiqədən sonra “Sabah”ın dayanması mənim üçün təəccüblü oldu".

53 yaşlı futbol mütəxəssisi cavab görüşündə hər şeyin mümkün olduğunu bildirsə də, "Sabah"ın müdafiə xəttindəki problemləri də aşkar olduğunu deyib:

"Ola bilər ki, Dambrauskas cavab görüşü üçün dəyişiklik etsin, komandası ümumiyyətlə əks-hücumda oynasın. Bəlkə 5 müdafiəçi ilə meydana çıxacaq. Amma qısa müddətdə bunu etmək də çətindir. Çünki artıq üstünlük rəqib tərəfdədir, “Çelye” evdə daha aqressiv oynayır. İlk görüşdə rəqibin futbolçuları yorğun görünürdülər, çünki uzun yol qət etmişdilər. Üstəlik Sloveniya dağlıq zonadır. Bizdə oksigen daha çoxdur, nəinki orada. İndi bizim futbolçular ora gedəndə necə olacaq? Yanaşma necə olacaq, hava iqliminə, coğrafi mövqeyə dözə biləcəklərmi? Futbol tək idmanla bağlı deyil, futbolda fəlsəfə, kimya, fiziki, bütün elmlər var. Məlumatlı olmaq lazımdır ki, ora gediriksə, iqlim dəyişikliyi var, oksigen azlığı ola bilər. Bu baxımdan komandamız necə hazırlaşacaq? Əgər evdə 60-cı dəqiqədən sonra dayanırıqsa, demək ki, orada bizim üçün daha çətin olacaq. Amma mümkünsüz bir şey də yoxdur. Hər şey dəyişə bilər, öz əllərindədir. Sadəcə "Sabah"ın müdafiə xəttində böyük problem var. Müdafiə ilə əlaqədar dayaq yarımmüdafiə də demək olar ki, yoxdur. Hücum xəttində yetərincə güc var. İlk görüşdə Cessi Sekidikanın ehtiyatda oturmasını başa düşmədim. “Sabah”ın çempionat ərzində üstün cəhəti Sekidika idi. Fərdi keyfiyyəti yüksəkdir, zərbələri, keçidləri var. “Çelye” ilə matça sonradan çıxdı, hücum xəttində canlanma oldu. “Sabah”ın hücum xətti hər zaman yaxşı olub. Amma yarımmüdafiə və müdafiəsinin hansı durumda olduğunu ötən mövsüm də gördük. Elə komandanın liqanı 5-ci pillədə bitirməsinin səbəblərindən biri müdafiə və yarımmüdafiənin bərbad olmasına görə idi. “Çelye” ilə ilk görüşdə də aşkar görünürdü. Valdas Dambrauskas hələ bu problemi aradan qaldıra bilməyib. Yeni futbolçular da komandaya qısa müddətdə hələ tam uyğunlaşmayıb. Baş məşqçinin oyun strategiyası, fəlsəfəsi var. Yenilik deyir, rəqib meydançasında hansı sürpriz hazırlayıb, onu yaşayarıq, görərik".

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri