Sabah Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açlışı olacaq
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində yeni muzeyin açılışı olacaq.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, muzeyin tikintisi Milli Qəhəramanın yaxınları tərəfindən həyata keçiririlib.
Muzeydə H. Əliyevanın həyatını əks etdirən foto şəkillər, şəxsi əşyaları sərgilənib.
Məlumat üçün bildirək ki, Hökümə Əliyevanın 8 iyun tarixində 34 yaşı tamam olur. Milli Qəhraman xanım əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı isə bu gün də Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 07 Avqust 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















