Sabah MY ni əks hücumlarda tuta bilər Arif Əsədov
Icma.az, Fanat saytına istinadən bildirir.
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində "Mançester Yunayted" ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb "bayquşlar"ın ÇL matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibin gücündən danışmaq lazım deyil. "Mançester Yunayted" İngiltərənin ən güclü klublarındandır və çıxış etdiyi İngiltərə Premyer Liqası ən öndə gedən çempionatlardandır. Azarkeş dəstəyi yüksəkdir. Gərək təmsilçimiz ilk 15 dəqiqə həm tamaşaçıların, həm də rəqibin təzyiqinə dözsün. "Sabah" bu basqılardan çıxa və adaptasiya ola bilsə, sonradan rahat oynayıb, rəqibi əks-hücumlarda tuta bilər. Burada qələbə və ya heç-heçəni düşünməyək, "Sabah"ın təcrübə qazanmasını fikirləşək və uğurlar arzulayaq".
Qeyd edək ki, tərəflər arasında görüş "Old Trafford" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















