Icma.az
close
up
RU
Arif Əsədov: Sabah”ın müdafiə xəttində problemlər ola bilər

Arif Əsədov: Sabah”ın müdafiə xəttində problemlər ola bilər

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Selye” ilə qarşılşacaq “Sabah”ın müdafiə xəttində problemlər ola bilər.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis komandadan müsbət nəticə gözləyr: “Təbii ki, “Sabah”dan müsbət nəticə gözləyirəm. Düzdür, rəqib o qədər də tanınmış deyil. Amma ötənilki nəticələrinə baxsaq, ciddi və çətin olduğu haqqında fikir yaradır. “Sabah”a gəlincə, yeni baş məşqçi gətiriblər. O, qısa müddətdir komandadadır. Bu zaman ərzində nə dərəcədə uyğunlaşması, heyəti tanıması, istədiyi oyunu komandaya aşılaya bilib-bilməməsi vacib amildir. Təbii ki, komanda 100 faiz hazır olmayacaq. Gedənlər, yeni gələnlər var. Buna baxmayaraq, hansısa cizgilər görə bilərik”.

O, komandaların oyun üslublarına toxunub: “Sabah”ın baş məşqçisinin “Omoniya”da olarkən hücum futboluna üstünlük verdiyini görürdük. Komanda hər iki yoxlama oyununda qollar vurub və buraxıb. Müdafiə xəttində müəyyən problemlər ola bilər. Çünki hücum edərkən əks-hücumlarda yaxalanırlar. Bu məqam da sual doğurur. Rəqib məşqçinin ispan olması isə bu deməkdir ki, onlar da artıq İspaniya futboluna uyğun çıxış edə bilərlər. Yəni, açıq və bol qollu oyun izləyə bilərik”.

Əsədov azarkeş amilinin də “Sabah”ın oyununa təsir edə biləcəyini deyib: “Doğma meydan, azarkeş amili var. İlk oyundur. Azərbaycan Kubokunu qazanıblar, əhval-ruhiyyə yüksəkdir. Komandada yeni baş məşqçinin olması futbolçular üçün də motivasiyadır. Oyuna köklənəcəklər. Azarkeşlər yəqin ki, tribunları doldurarlar, çünki darıxıblar. Fasilədən sonra azarkeş amili rol oynaya bilər. Düşünürəm ki, bu oyun hər iki komanda üçün əsasən kəşfiyyat xarakteri daşıyacaq. “Sabah”ın ilk oyunda məsələni həll etmək istəyəcəyini düşünmürəm. Bir qədər ehtiyatlı yanaşa bilərlər”.

Qeyd edək ki, “Sabah” - “Selye” görüşü bu gün, saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 İyul 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri