Icma.az
close
up
RU
“Sabah” “Neftçi”nin ayağını yenə Avropadan kəsdi

“Sabah” “Neftçi”nin ayağını yenə Avropadan kəsdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

yarımfinal, cavab oyunu
Sabah (Bakı) – Neftçi (Bakı) 1:1 (1:1)

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev (8. Ayaz Quliyev, 89), 88. Xəyal Əliyev (9. Anatoli Nuriyev, 60), 4. Sofyan Çakla, 18. Pavol Şafranko (k), 70. Cesse Sekidika (11. Kahim Parris, 71), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Raxmonaliyev (20. Coy-Lens Mikels, 60).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 40. İqor Noqeyra, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç (77. Yeqor Boqomolski, 84), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski (90. Ramil Şeydayev, 74), 14. Edvin Kuç (11. Aleks Fernandes, 74), 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek (19. Azər Salahlı, 81), 88. Andrey Ştoqrin (22. Dembo Darboe, 74).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov.
Baş məşqçi: Samir Abasov.
Qollar: C.Sekidika, 23 (1:0). E.Mahmudov, 40 (1:1).
Vərəqələr: Y.Matias, 32 (qeyri-idman hərəkəti). C-L.Mikels, 63 (qeyri-idman hərəkəti). İ.Lepinitsa, 72 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Tural Qurbanov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
23 aprel. Bakı. “Bank Respublika Arena”. 6600 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
İlk oyun – 2:1.
Oyunun əhəmiyyətini bir daha xatırlatmağa dəyər. Mövsümü boşa verən komandalar avrokuboklara yollanmaq istəyirdisə, əvvəlcə finala yüksəlməli, ardından kuboku başı üzərində qaldırmalıydı. Bunlardan biri elə Masazırda bu hədəfdən əlini üzəcəkdi. Bu dəfə də tarix təkrarlandı. Ötən mövsüm premyer-liqanın 36-cı turunda “Neftçi”nin meydanında qalib gəlməklə (1:0) “ağ-qaralar”ın Konfrans Liqasına yollanmasına mane olan, daha doğrusu, həmin qələbə sayəsində mövsümü ilk “4-lük”də bitirən “Sabah” bu dəfə də “bu şəhər ikimizə dar!” dedi.
Mövsümün ən maraqlı matçlarından birinə şahidlik etdik. Təkcə meydanda sona qədər davam edən gərgin mübarizəni yox, həm də tribunalardakı qələbəliyi nəzərdə tuturuq. Bu dəfə hansısa hakim qərarı da müzakirələrə səbəb olmadı. Ümumiyyətlə, matça “yağlı 5”! Amma məhz meydanda başverənlər haqda daha geniş hesabata ehtiyac var. Axı “Neftçi”nin ardıcıl ikinci mövsümdə belə biabırçı halla üzləşməsinin səbəbləri oxucularımız üçün qaranlıq qalmamalıdı.
Əvvəldən bildirək ki, komandalar ilk dəqiqələrdə gözlənilən qədər sürətli və baxımlı oyun sərgiləmədi. Tərəflər bir-birinə ehtiyatlı yanaşırdı ki, 15-ci dəqiqədə “ağ-qaralar” önə atılmağa fürsət tapdı. Ozobiç Matiasın uzaqdan göndərdiyi topu qəbul edəndən sonra Ağadadaşla “alver etdi”. Sonda qapıçıyla təkbətək qalan xorvat futbolçu bu mübarizədən məğlub ayrıldı. “Sabah”ın 23-cü dəqiqəyə təsadüf edən “cavab atəşi” isə uğurlu alındı. Daha doğrusu, Rəhmanın cərimə meydançasına ötürməsinin qarşısını Sek ehtiyatsızlıqla aldı. Topun önünə düşdüyünü görən Sekidika dərhal qüvvətli zərbə ilə hesabı açdı.
Çox keçmədən “Neftçi”nin hesabı bərabərləşdirmək cəhdinə şahidlik etdik. Ozobiç növbəti dəfə fərqlənməyə çalışdı ki, Çakla ayıq-sayığlığı itirmədən “çərçivə”yə ünvanlanan topun istiqamətini dəyişdi. 27-ci dəqiqədə Tellur qeyri-dəqiq zərbə vurdu. Ardından Ozobiçin daha bir cəhdi uğursuzluğa düçar oldu. O, növbəti dəfə Pokatilovla təkbətək mübarizədən məğlub ayrıldı. Hər halda, qazaxıstanlı qolkiper hissənin sonuna qədər qapını toxunulmaz saxlaya bilmədi. Daha doğrusu, Ozobiç Rzanın uzaqdan göndərdiyi topu İrasabalın diqqətsizliyi üzündən ələ keçirərək Eminə çatdırdı. Nəticədə sürətlə cərimə meydançasına daxil olan sabiq kapitan Çakla və Rəhmanın “yuxulamasından” faydalanaraq “çərçivə”ni dəqiq nişan aldı.
İkinci yarı birinci ilə müqayisədə rəngarəng keçmədi. Fasilədən qayıdan komandalar, xüsusilə “Neftçi” xeyli yorğun görünür, əvəzetmələr sıralanırdı. Belədə “Sabah”ın təzyiqi artırması, daha çox hücum cəhdiylə yadda qalması sürpriz olmadı. “Bayquşlar” 66-cı dəqiqədə hesabı dəyişə bilərdi. Lakin indiyə qədər daha çox səhvlə yadda qalan Sek bu dəfə komandasının xilaskarı oldu. İspaniyalı Anatolinin ötürməsi sayəsində qol vurmaq istəyən Lepinitsanın zərbəsinin qarşısını aldı. Bir qədər sonra Abdulax qol müəllifi olmaq imkanını əldən verdi. 75-ci dəqiqədə qeydə alınan təhlükəli vəziyyətdə isə Rza Şafrankonun fərqlənməsinə imkan vermədi. Gənc qolkiper slovakiyalının başla tora qovuşdurmaq istədiyi topu dəf etdi.
“Sabah” hesabdakı tarazlığı pozmaq üçün növbəti fürsəti 90+3-cü dəqiqədə yaxaladı. Bu dəfə cərimə meydançasına daxil olan Anatoli özü bəxtini sınadı ki, Rza yerində idi. Qapıçı meydanda qalan topu “çərçivə”yə göndərmək istəyən Şafrankonu da əliboş qaytardı. Beləcə “Sabah” ilk oyunda qazandığı qələbə sayəsində tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandı! Bununla “bayquşlar”ın avrokuboklara yollanmaq ümidi azı daha bir ay canlı qalacaq. “Neftçi” isə... Artıq hər şey bəllidi.
Gözdən qaçmadı
// “Forza Neftçi” yalnız “Neftçi”nin hesabı bərabərləşdirməsindən sonra fəal dəstək verdi. “Soldati di Sabah” isə sona qədər komandanı yalqız hiss etdirmədi. “Ağ-qaralar”ın tərəfdarları final fiti çalınan kimi stadionu tərk etdi.
// “Sabah” azarkeşləri çəhrayı və qara rəngli kağızlardan ibarət xoreoqrafiya hazırlamışdı. Onlar müxtəlif dəqiqələrdə kağızları eyni anda havaya qaldırır, tribunaları komandanın rəngləriylə bəzəyirdilər.
// Tellur final fiti çalınandan sonra özünü yerə atan Eminə yaxınlaşdı və təsəlli verdi.
// Fasilədə azarkeşlər arasında alınan biletlərin nömrələrinə uyğun olaraq lotereya keçirildi və qaliblərə 1000 və 200 manatlıq hədiyyə kartlarıyla yanaşı, “iPad” hədiyyə olundu.
// “Sabah” tarixində ilk dəfə ölkə kubokunun finalına çıxmasını Lalə Məmmədovanın “Bu şəhər ikimizə dar” mahnısıyla bayram etdi və rəqibə acıq verdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri