Icma.az
close
up
RU
SABAH qruplarının proqramları “SABAH.city” şəhərciyində tədris ediləcək Fotolar

SABAH qruplarının proqramları “SABAH.city” şəhərciyində tədris ediləcək Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, sazişə əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.

Tədbirin açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” ölkə başçısının Sərəncamına əsasən SABAH proqramının əhatə dairəsinin mərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflı məlumat verib və YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiya şəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın biznes mühiti ilə elm və ali təhsil arasındakı əlaqələrə yeni yanaşma gətirəcəyini qeyd edib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramları çərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqinin zəruriliyini qeyd ediblər. Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələri arasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihə çərçivəsində müasir standartlara cavab verən infrastruktur, yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi və yüksək ixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyəti daha da yüksəldiləcək.

Qeyd edək ki, bakalavr və magistr tələbələrini əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərinin tətbiqini hədəfləyir.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri