“Sabah” rəhbərliyindən saxlanılan azarkeşlərə jest “Qarabağ”lı fanatlar da var imiş
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Kubokunun finalı çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” görüşündə insident baş verib.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Sabah”ın azarkeş qrupu məlumat yayıb. Paylaşımda belə deyilir:
“Dünən baş tutan “Sabah” – “Qarabağ” futbol matçı zamanı baş verən müəyyən anlaşılmazlıq nəticəsində 8 azarkeş üzvümüz hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bölməyə aparılmışdır.
Bu xüsusda, azarkeşlərimizin hüquqlarının qorunması və məsələni anlayışla yanaşıb dərhal müsbət istiqamətdə həll etdiyi üçün “Sabah” FK-nın prezidenti cənab Maqsud Adıgözəlova xüsusi təşəkkürümüzü bildiririk.
Cənab Adıgözəlovun tərəfdaşlığa və futbolsevərlərə olan hörmətini bir daha nümayiş etdirən bu addımı, futbol ictimaiyyəti üçün nümunəvi yanaşmadır. Biz, Sabah azarkeşləri olaraq, stadionların hər zaman təhlükəsiz, dostyana və idman ruhuna uyğun mühitə sahib olması üçün çalışan hər kəsə təşəkkür edirik.
Bu cür anlayışlı və ədalətli münasibət futbolumuzun inkişafı üçün vacib amillərdəndir. Birlik və qarşılıqlı hörmətlə Azərbaycan futbolunu daha da yüksəklərə daşıyacağımıza inanırıq”.
Qeyd edək ki, saxlanan azarkeşlər içərisində “Qarabağ” fanatları da olub. “Sabah” klubu rəhbərliyi onların da cərimələrini ödəyərək, sərbəst buraxılmalarına nail olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 İyun 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















