“Sabah” rəsmisi “Arsenal” və “Bornmut” nümayəndələri ilə eyni siyahıda!
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Sabah" klubunun baş icraçı direktoru Ramin Həsənov "TransferRoom 10K Awards" mükafatının "İlin rəhbəri" (Leader of the Year) nominasiyasında namizədlər sırasına düşüb. Sport24.az xəbər verir ki, Böyük Britaniyanın futbol transferləri üzrə ixtisaslaşmış "TransferRoom" platformasının təsis etdiyi mükafatın bu kateqoriyasında ümumilikdə 10 nəfər mübarizə aparır.
Ramin Həsənovla yanaşı, "Bornmut"un futbol əməliyyatları üzrə prezidenti Tiaqo Pinto, "Arsenal"ın idman direktoru Andrea Berta, "Lans"ın idman direktoru Jan-Lui Leka, "Komo"nun idman direktoru Karlalberto Ludi, "Flamenqo"nun futbol direktoru Joze Boto və digər tanınmış futbol funksionerləri də namizədlər arasındadır.
Qaliblər futbol sənayesinin nümayəndələrinin səsverməsi əsasında müəyyənləşdiriləcək. Mükafatlandırma mərasimi bu gün Portuqaliyanın Estoril şəhərində keçiriləcək.
"TransferRoom 10K Awards" beş nominasiya üzrə təqdim olunur. "İlin rəhbəri" kateqoriyası ilə yanaşı, "İlin agentliyi", "İlin icarə idarəetmə komandası", "İlin skautinq komandası" və "TransferRoom intellekt və innovasiya mükafatı" nominasiyalarında da qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, mükafatlandırma mərasiminin Bakı vaxtı ilə saat 22:30–23:00 aralığında keçirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















