Icma.az
close
up
RU
Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yanvarın 18-də Səudiyyə Ərəbistanının şərqində “Zəfər nizələri-2026” adlı çoxmillətli hərbi təlimlər start götürəcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, təlimlərdə Səudiyyə Ərəbistanının bir sıra yerli hərbi qurumları (Silahlı Qüvvələr, Milli Qvardiya Nazirliyi və Dövlət Təhlükəsizliyi Komandanlığı) ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Birləşmiş Hərbi Komandanlığı, eləcə də qardaş və dost ölkələrdən olan hərbi qüvvələr iştirak edəcək.

Fevralın 5-dək davam edəcək hərbi təlimlər regionda yerli və xarici qüvvələrin sayı iştirakına görə, növü və həcminə görə ən böyük hərbi təlim hesab olunur. Təlimlərin məqsədi iştirakçı ölkələrin qüvvələri arasında hərbi əlaqələri möhkəmləndirmək, planlaşdırma və icra sahələrində təcrübə mübadiləsi aparmaq, əməliyyat səviyyəsində ən yüksək inteqrasiya və koordinasiyanı təmin etmək, eləcə də birgə fəaliyyət konsepsiyasını möhkəmləndirməkdir.

Təlimlər çərçivəsində mövcud və yaranmaqda olan təhdidlərə qarşı mübarizə üzrə taktiki üsulların icrası və qiymətləndirilməsi, taktiki səviyyədə birgə fəaliyyətə hazırlıq dərəcəsinin yoxlanılması nəzərdə tutulur. Manevrlərə müxtəlif əməliyyat ssenarilərinin simulyasiyası daxildir. Bunlara qarışıq taktiki əməliyyatların icrası, ixtisaslaşmış akademik mühazirələr, həmçinin hava, texniki və dəstək heyətlərinin səmərəliliyinin artırılmasına yönəlmiş əməliyyat tapşırıqları, müasir hərbi taktikanın, o cümlədən elektron və kibermüharibə sahələrinin qiymətləndirilməsi daxildir.

Təlimlər regionun ən qabaqcıl təlim mərkəzlərindən biri hesab olunan Hava Müharibəsi Mərkəzində keçiriləcək. Bu mərkəz real əməliyyat şəraitini simulyasiya edən təlim mühiti ilə seçilir, döyüş planlarının hazırlanmasına, imkanların qiymətləndirilməsinə, sistem və silahların sınaqdan keçirilməsinə, eləcə də onların effektivliyi və səmərəliliyinin ölçülməsinə töhfə verir.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri