Icma.az
close
up
RU
Sabah son gündür “Onların gələcəkdə uğurlu və xoşbəxt olması üçün...”

Sabah son gündür “Onların gələcəkdə uğurlu və xoşbəxt olması üçün...”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali təhsil müəssisələrinə qəbulun sabah başa çatması ilə minlərlə abituriyent həyatlarının ən mühüm seçimlərindən birini edir. Kimisi illərlə xəyalını qurduğu ixtisası seçir, kimisi isə valideynlərin arzusunu gerçəkləşdirmək üçün addım atır. Bu seçimlər bəzən gəncin gələcək uğur yolunu müəyyənləşdirir, bəzən də onun şəxsi istəklərini kölgədə qoyur. Maraqlıdır, öz arzularının ardınca gedənlərmi daha uğurlu olur, yoxsa valideynin istədiyi yolda irəliləyənlər?

“Yeni Sabah” məsələni psixoloq Samirə Bağırova ilə müzakirə edib. Müsahibimiz mövzunu belə şərh edib:

“Əslində bu həm aktual, həm də fərdi və həssas yanaşılan bir mövzudur. Çünki bəzən, hətta çox zaman yaşadığımız coğrafiya nöqtəsinə görə, peşə seçimini istədiyimiz kimi edə bilmirik. İnsanlar maddiyyat baxımdan həyatlarını heç olmasa orta səviyyədə sürdürmək üçün gəlir gətirən sahələri seçməyə məcbur qalır. Amma sevmədiyi işdə çalışmaq stress, gərginlik, məmnunsuzluq və sairə bir çox psixoloji problemlərə zəmin yaratmış olur. Təbii ki, bir gəncin gələcəkdə uğurlu və xoşbəxt olması üçün ən əsas amil, onun öz maraq və qabiliyyətlərinə uyğun seçim etməsidir. Amma bunu bütün gənclərə də aid etmək olmur. Düzdür, valideynin təcrübəsi, gələcəyin tələblərini görə bilməsi kimi məsləhətləri dəyərli ola bilər, amma seçim məcburi formada yox, gəncin xarakterinə, qabiliyyətinə, psixoloji və fizioloji vəziyyətinə uyğun şəkildə aparılmalıdır”. pizza sifarişi

Psixoloq bildirib ki, ən yanlış və çox rastlanan məsələdən biri də, abituriyentin balı hara çatırsa ona uyğun seçim edərək, imtahan nəticəsi ilə məhdudlaşmasıdır:

“Bu isə gəncin istedadını və daxili potensialını boğur. Özünü topladığı bal çərçivəsindən kənar görə bilmir. Burada psixoloq və ya peşə-oriyentasiya mütəxəssisinin dəstəyindən istifadə etmək gənc üçün çox faydalıdır. Abituriyentlərin ixtisas seçimi prosesində ən çox rast gəlinən 3 yanaşma olur: Tam olaraq valideyn seçimi, yəni valideyn ölkənin əmək bazarına uyğun gəlirli ixtisas seçimi edə bilər, amma abituriyent motivasiyasız olur və təhsilə maraq göstərmir. Yaxud oxuduğu ixtisas üzrə işləmək istəmir. Digəri abituryentin tam özbaşına seçimi: Abituriyent sevdiyi sahədə oxuyur, daha motivasiyalı olur. Yaradıcı yanaşması və şəxsi inkişaf üçün daha geniş imkanları yaranır. Amma gəlir mənbəyi aşağı ola bilər, iş tapmaq çətinləşə bilər. Bəzi hallarda isə maraqlı görünən, amma perspektivsiz ixtisas seçilə bilər.

Son olaraq ortaq qərarda isə:

Gəncin yüksək motivasiyası, sevdiyi işi, valideynin düzgün istiqaməti daha balanslı, gələcəyi kariyera ilə nəticələnə bilər. Amma demək olar ki, ixtisas seçimində valideyn ilə övlad arasındakı razılaşmaya nadir halda rast gəlmək olur. Subyektiv fikrim olaraq düşünürəm ki, bir gəncin gələcəyi üçün, əlbətdəki gəlir mənbəyi çox vacibdir. Yaxşı olar ki, ölkənin əmək bazarına uyğun ixtisas seçimi etsin. Çünki zamanla şəxsi sevdiyi işi də ayrıca inkişaf elətdirmək mümkündür. Yenidən təhsil almaq, yaxud hər iki sahəni birləşdirmək, yaxud hər iki sahəni ayrı-ayrılıqda inkişaf elətdirmək üçün heç vaxt gec deyil. Sadəcə loru dildə desək, “hər şey pulun başındadır”. Ya ilk öncə qazan, sonra sevdiyin işə keçid et. Ya da sevdiyin işi gəlirli etmək üçün, dəha üst zəkaya sahib ol. Əlbətdə ki, bu qərar maddi dünyadan uzaq, az ilə kifayətlənən insanlara aid deyil”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri