Icma.az
close
up
RU
“Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək?

“Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Avrokuboklardakı təmsilçilərimiz bu həftə 1-ci təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar.

Məlum olduğu kimi, "Sabah" Çempionlar, "Qarabağ" Avropa, "Zirə" isə Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Düzdü, bu komandalar ilk matçlarda elə nəticə göstərdi ki, səfər görüşlərindən bəd xəbər alacağımızı ağla belə gətirmirik. Ancaq rəqiblərin də ölkəmizdən, az qala, qisas andı içərək ayrıldığını unutmamalıyıq. Deməli, ilk qarşılaşmadakı nəticələrə arxayın olmamalı, cavab görüşlərində yalnız qələbə üçün döyüşməliyik.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Nyu Seynts (Uels) – Sabah

Hakimlər: MATEU BUSKETS FERRER, İnyiqo Prieto, Qonsalo Qarsiya, Migel Anxel Ortis (hamısı İspaniya).
14 iyul. Osvestri, “Park Holl”. Saat 21.30.
İlk oyun - 0:2.
“Sabah”ın dünyanın ən mötəbər beynəlxalq klub turnirində debütü uğurlu alındı. Hər iki hissədə üstün oyun sərgiləyən “bayquşlar” cütün taleyini böyük ölçüdə “Bank Respublika Arena”da həll etdi. Ancaq, necə deyərlər, ehtiyat igidin yaraşığıdı. Bəli, Uels təmsilçisinin baş məşqçisi Kreyq Harrison yalan danışır. Onun komandası avrokubokların son üç mövsümündə ilk matçda uduzduğu rəqibə cavab oyununda qalib gələ bilməyib. Nə evdə, nə də səfərdə. Lakin müasir - hər gün yenilənən, inkişaf edən, hansısa sürprizlərin qeydə alındığı futbolda belə faktlara söykənmək sözün əsl mənasında dəlilik olar. Çünki söhbət Çempionlar Liqasından gedir və hər nə qədər şablon səslənsə də, burda zəif rəqib olmur.
Bununla belə, komandanın 2007-ci ildən bəri ev oyunlarını keçirdiyi “Park Holl” Harrisonun dediyi qədər düşərli olmasa da, uğurlu nəticələrə şahidlik edib. Daha dəqiqi, “Nyu Seynts” ötən mövsüm burda keçirdiyi 23 oyunun 4-də uduzub, 18-də qələbə qazanıb, 1-də isə “sülh”ə razılaşıb. Son 7 avrokubok qarşılaşmasında isə yalnız iki dəfə məğlub olub. Odu ki, “Park Holl”da daha diqqətli, məsuliyyətli olmaqda fayda var. Axı 3000 tamaşaçı tutumuna malik stadion vahiməli görünməsə də, “Sabah” üçün həm də arxayınlığın qurbanı olmaq ehtimalı qüvvədədi. Hələ Masazır təmsilçisi ilk oyunda “qırmızı” alan Stiv Solvetin yoxluğunu da gözardı etməməlidi.
Konfrans Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Torpedo (Gürcüstan) – Zirə

Hakimlər: MİHALİ KAPRALİ, İstvan Albert, Bentse Belitsa, Marsell Derdak (hamısı Macarıstan).
16 iyul. Kutaisi, Ramaz Şengeliya adına stadion. Saat 20.00.
İlk oyun – 0:3.
Hər nə qədər gözlənilməz olsa da, Sumqayıtda böyükhesablı qələbə qazanan “Zirə” rəqibinə şok yaşatdı. Öz aramızdı, “qartallar” Kutaisidə də sükanı belə saxlasa, növbəti mərhələyə yüksəlmək çətin olmayacaq. Çünki onlar ilk oyunda gürcüləri bütün komponentlərdə üstələdi. Halbuki qəsəbə təmsilçisinin hazırlıq prosesi ürəkaçan səviyyədə olmamışdı. İndi mənzərə daha aydındı. Vaxt, heyətin uyğunlaşması, futbolçuların formada olması kimi məqamları nəzərə almaya bilərik. Ona görə ki, artıq bu məsələlərlə bağlı suallara aydınlıq gəlib. Sadəcə, başlanan işi bitirmək lazımdı. Özü də layiqincə. Təbii ki, ölkəmizdəki oyundan sonra ağır tənqidlərə məruz qalan “Torpedo” “doğma divarlar” arasında qələbə qazanmaq, ən pis halda turnirlə abırlı şəkildə vidalaşmaq uğrunda tər tökəcək. Ancaq “Zirə”nin gələcək hədəfləri, motivasiya baxımından Gürcüstanda da qalib gəlmək vacibdi.
“Qartallar” bu gün çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq. Sabah baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq. Bu tədbirlərin vaxtı və komandamızı səfər qarşılaşmasında nə qədər azarkeşin dəstəkləyəcəyi hələlik bəlli deyil. Ancaq qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin qəzetimizə verdiyi məlumata görə, “Torpedo” qonaq azarkeşlər üçün tribunaların 5 faizi qədər yer ayırıb. Gürcüstan futbolunun əfsanəvi isminin – Ramaz Şengeliyanın (o, 2012-ci ildə 55 yaşında vəfat edib – red.) adını daşıyan stadion 14700 yerlikdi. Belədə “Zirə”nin 735 azarkeşdən dəstək ala biləcəyi bəllidi. Qonşu ölkədə xeyli azərbaycanlının yaşadığını nəzərə alsaq, həmin tribunaları doldurmaq çətin olmamalıdı.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Vestri (İslandiya) – Qarabağ

Hakimlər: MAREK RADİNA, Kamil Hayek, Petr Kotali, Daniel Vokoun (hamısı Çexiya).
17 iyul. Reykyavik, “Trouttarvöllur”. Saat 00.00.
İlk oyun – 0:3.
Xoşbəxtlikdən, yenilənmiş “Qarabağ”la da bağlı narahatlıq yaradacaq problem yoxdu. Ağdam təmsilçisinin istər yeni, istərsə də əvvəldən heyətdə olan futbolçuları ilk matçda özünü yaxşı tərəfdən göstərməyə nail oldu. Təbii ki, “Vestri”yə qarşı oyun mövsümün ilk rəsmi matçı olduğundan müəyyən çatışmazlıqlar hiss edildi. Amma baş məşqçi Qurban Qurbanov hələ bir neçə gün əvvəldən bildirmişdi ki, kollektivin daha çox zamana ehtiyacı var. Kəsəsi, bu gün “köhləan atlar”a arxayın ola bilərik. Digər tərəfdən, İslandiya təmsilçisi ilk matçda “Qarabağ” üçün təhlükə yaradacaq nəsə etmədi. Hətta iş o həddə çatdı ki, qapıya zərbəylə yadda qalmadı. Bu səbəbdən, ağdamlılar üçün hansısa təhlükəli sınaqdan danışmağa dəyməz!
“Qarabağ” bu gün saat 16.00-da çarter reysi ilə İslandiyaya yola düşəcək. Klubun Kommunikasıyalar departamentinin direktoru Anar Hacıyevin qəzetimizə verdiyi məlumata görə, rəqib qonaq azarkeşlər üçün 100 yer ayırıb. Maraq üçün qeyd edək ki, “Trouttarvöllur”un tamaşaçı tutumu 2341 yerlikdi. Oyunla bağlı qalan məqamlara isə qarşıdakı günlərdə aydınlıq gələcək. Sonda matçın 16-dan 17-sinə keçən gecə başlayacağını bildirək.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri