Icma.az
close
up
RU
Sabah səfərdən qalib qayıda biləcək?

Sabah səfərdən qalib qayıda biləcək?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah" Bolqarıstan klubu olan "Levski" ilə qarşılaşacaq. Görəsən, bu çətin mübarizənin qalibi kim olacaq? "Sabah" mərhələni keçə biləcək?

İdman eksperti Ramiz Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu mövsüm Valdas Dambrauskasın rəhbərliyi altında komanda yeni futbolçular və yeni sistemlə yola çıxıb.

Ekspertin sözlərinə görə, əvvəlki mərhələdə “Petrokub” üzərində həm səfərdə, həm də evdə əldə olunan inamlı qələbə azarkeşlərin komandaya olan inamını daha da artırıb:

““Sabah”ın xüsusilə hücum xətti çox effektiv təsir bağışlayır. Coy-Lens Mikelsin ardıcıl oyunlarda het-trik etməklə fərqlənib, Pavol Şafranko isə əla performans göstərib. Bu da hücum xətti haqqında yalnız ağız dolusu danışmağa əsas verir. Müdafiə xəttinin yenidən formalaşdırılması isə komandanın bəlkə də nisbətən zəif görünən tərəfidir. Çünki müdafiədə çıxış edən dörd oyunçunun demək olar ki, hamısı yenidir. Zedadka müdafiənin sağında yeni oyunçudur. Stiv Solvet mərkəzdə yeni simadır. İqor Noqeyra ötən mövsüm əsas heyətə düşmək uğrunda mübarizə aparırdı və yalnız Aminin zədələnməsi, Çaklanın müdafiənin sağına keçməsindən sonra əsas heyətdə yer ala bildi. Sol cinahda isə Boyan Letiç ötən mövsüm əsas heyət üzvü kimi görünmürdü. Ancaq bu mövsümün ilk oyunlarından sonra artıq Dambrauskas Letiçi sol cinahda oynatmağa başlayıb və müdafiə xətti sanki yenidən formalaşmağa başlayıb”.

R.Mirzəzadənin fikrincə, müdafiə xətti zamanla daha effektiv görünəcək:

“Son oyunda İqor Noqeyra “Petrokub”la matçda zədələndi və bu, işləri bir qədər çətinləşdirə bilər. Onun bu gün “Levski” ilə oyunda iştirak edib-etməyəcəyi barədə dəqiq məlumatım olmasa da, ümid edirəm ki, “Sabah”ın müdafiə xətti bu baxımdan ciddi əziyyət çəkməz. Yenə xüsusi qeyd etmək istəyirəm ki, “Sabah”ın ön xətt futbolçularının fərdi bacarığı və keyfiyyəti istənilən komandanı çətinə sala bilər. “Levski” tarixi və tanınmış Bolqarıstan klubudur. Amma buna baxmayaraq, “Sabah”ın bu oyunda növbəti mərhələ üçün sərfəli nəticə qazana biləcəyinə inanıram”.
Qeyd edək ki, "Sabah"la "Levski" arasındakı oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Avqust 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri