Sabahdan parlamentdə büdcə müzakirələri başlayır
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 4-dən etibarən 2026-cı ilin dövlət büdcəsi layihəsi Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
Modern.az-ın əldə etdiyi məlumata görə, noyabrın 4-də büdcə zərfi ilk olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə ediləcək.
Noyabrın 5-də isə sənəd İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunacaq. Növbəti günlərdə büdcə layihəsinə digər komitələrdə baxılacaq.
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi də artıq Milli Məclisə təqdim olunub. Rəydə dövlət və icmal büdcələrinin gəlir və xərcləri üzrə əsas meyarlara dair təhlillər, eləcə də maliyyə intizamının gücləndirilməsi ilə bağlı tövsiyələr əksini tapıb.
2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















