Icma.az
close
up
RU
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarına edilən dəyişikliklərə əsasən, iyunun 16-dan etibarən mövcud “Bonus-Malus” sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan “Sığorta Tarixçəsi Əmsalı” tətbiq olunacaq.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilib ki, yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək. Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.

Yeni modeldə “Bonus-Malus” sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5 faiz endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30 faiz əlavə tətbiq ediləcək.

Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı 1-dən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.

Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və ya əlavələr tətbiq olunacaq.

Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir. Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri