Icma.az
close
up
RU
AMEA nın 80 illik uğur tarixçəsi

AMEA nın 80 illik uğur tarixçəsi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır...

Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.

Heydər Əliyev

Qədim tarixi köklərə malik olan Azərbaycan elmi 80 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası fundamental tədqiqatların əsas mərkəzi kimi böyük uğurlara imza atmışdır.

Elm təhsil vasitəsilə toplanan biliklərin sistemləşdirilərək praktikada, elmi tədqiqatlar əsasında  əldə edilən nəticədir. Elm olduqca geniş məfhumdur. Elmin sərhədi yoxdur. Elmi fəaliyyət dərin elmi biliklərin formalaşması və inkişafı,  elmi əsaslarla yeni elmi biliklərin dəqiqləşdirilməsi və sistemləşdirilməsi deməkdir.  Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Dayanıqlı inkişafın təməlində elmi-texniki tərəqqinin əhəmiyyətli rolu dayanır. Mükəmməl zəngin nəzəri elmi biliklər əldə etməklə uğurlu nəticələrə nail olmaq, elmi nəzəriyyənin dərindən öyrənilməsi və onun dərk olunması elmi informasiyaların və elmi kəşflərin artmasına səbəb olur.

Xalqımızın milli-mənəvi dirçəlişində və tərəqqisində müstəsna rolu olan Azərbaycan elmi dünya elminin inkişafına öz töhfəsini verib. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, M.F. Axundov, Abbasqulu ağa Bakıxanov kimi dünya şöhrətli alimlər nəinki Azərbaycanda bəşəriyyət tarixində silinməz izlər qoyub. Elmlər Akademiyası yarandığı vaxtdan bugünədək bütün mərhələlərində milli elmimizin görkəmli simaları ölkəmizdə elmi ideyaların və elmi konsepsiyaların müəllifləri kimi cəmiyyətin və müstəqil dövlətimizin inkişafına böyük dəstək göstərmişlər. Ulu Öndər Heydər Əliyev zəka adamlarını belə səciyyələndirir: “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.

1918-ci ildə Şərqdə ilk demokratik idarəçiliyə malik respublika-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elmin inkişafına təkan verdi. 1920-1922-ci illərdə elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində aparılırdı. Bu dövrdə universitetdə humanitar, tibb və təbiət bölmələri daxil olan Elmi Assosaiya müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, milli elmi kadrların hazırlanması və inkişaf problemlərinə hərtərəfli yardım göstərirdi. Həmin dövrdə tədris müəssisələrində cəmiyyətlərçoxsaylı elmi qüvvələrin cəmləşdiyi elmi mərkəzlər fəaliyyətə başladı. Lakin bunlara baxmayaraq Azərbaycanda elmin səmərəli inkişafı, elm sahələrinin istiqamətləndirilməsi məqsədilə vahid idarəetmə sistemi kimi elmi koordinasiya mərkəzinin yaradılmasına ehtiyac duyulurdu. Məhz bu məqsədlə 1923-cü ildə elmi- tədqiqat işlərini aparmaq üçün mövcud problemləri həll edə biləcək Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC)yaradıldı. Bu Cəmiyyətin yaranması Azərbaycan Elmlər Akademiyasının əsasını formalaşdırdı. 1928-ci ildə Cəmiyyətin strukturu xeyli təkmilləşərək bir sıra bölmələr yaradıldı, eyni zamanda Cəmiyyətin mətbuat orqanı təsis olundu. Mövcud fəaliyyəti dövründə Cəmiyyət inkişaf edərək üzvlərin sayı artdı. Görkəmli alimlər B.V.Çobanzadə, X.Məmmədov, A.D.Musaxanlı, V. Əşim, İ.Hikkot, H.Seyidbəyli, Ə.Hüseynzadə, A.Vəlixanlı, M.M.Vəkilov və başqaları üzv olduqdan sonra təbiət elmləri bölmələrinin işi xeyli genişləndi. ATTC Azərbaycan xalqının elmi-ədəbi irsinin öyrənilməsində mühüm göstəricilərə nail oldu.

1928-ci ilə qədər keçən dövr ərzində  Cəmiyyətin strukturunda ciddi dəyişikliklər baş verdi. Beləliklə də, 1929-cu ildə respublikada mövcud olan elm sahələri ilə yanaşı, idarə və təşkilatların fəaliyyətini birləşdirmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat İnstitutu yarandı (Az.DETİ).  1932-ci ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi təşkil edildi, 1935-ci ildə isə SSRİ EA Azərbaycan Filialına çevrildi.

Beləliklə, “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizdə müasir elmin təməli qoyuldu. Azərbaycan xalqının ən böyük nailiyyəti olan Elmlər Akademiyasının yaranmasına zəmin yarandı. 1945-ci ilin 27 mart tarixində 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyası təsis olundu. AMEA təşkilatçılığının inkişaf mərhələlərində çətinliklərlə bərabər milli maraqlar zəminində böyük müvəffəqiyyətlərə nail olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası aparıcı elmi istiqamətləri müəyyən edən, elmin inkişafına dair proqramlar hazırlayan əsas elmi mərkəzdir. Məhz bu əsas missiyanı həyata keçirdiyi üçün AMEA elm məbədi hesab olunur. Respublikamızda Milli Elmlər Akademiyasının yaradılması və inkişaf etdirilməsi iyirminci yüzilliyin tarixi nailiyyətidr. Keşməkeşli və şərəfli inkişaf yolu keçən Milli Elmlər Akademiyası Azərbaycan elminin son səksən ildəki çətinliklərinin və uğurlarının aynasıdır.  

Dünya elmi üçün faydalı ideyaları, nadir ixtiraları ilə tanınan bu elmi qurumda Azərbaycanın dünya şöhrətli alimləri fəaliyyət göstərmişlər. Görkəmli Azərbaycan alimləri Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Fərəməz Maqsudov, Həsən Əliyev, Cəlal Əliyev , Arif Mehdiyev, Azad Mirzəcanzadə, Ağamusa Axundov, Budaq Budaqov, Həsən Abdullayev, Mahmud Kərimov, Ziya Bünyadov və başqaları Azərbaycan Milli Elmlər Akademiyasının zəngin elmi mühitində formalaşmış və tanınıb məşhurlaşmışlar.

Elmlər Akademiyasının yeni fəaliyyət istiqamətlərinin formalaşması məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərinə aiddir. Görkəmli dövlət xadimi Heydər Əliyev Elmlər Akademiyasını elmin inkişaf etdirilməsinin əsas hərəkətverici mərkəzinə çevirdi. Ulu Öndər Heydər Əliyevin Elmlər Akademiyasını Sovet İttifaqı coğrafi məkanında əsas elmi mərkəzlərdən biri kimi tanıtmağa nail olduğu kimi Azərbaycan Respublikasının müstəqillik dövründə AMEA-nı dünya elminin tərkib hissəsi səviyyəsində qəbul edilməsi üçün böyük xidmətlər  göstərmişdir.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Akademiyanın alimləri ilə görüşündə qeyd etmişdir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə Akademiyanı yaradan alimlər çox böyük şücaət göstəriblər. Ötən dövrdə  Elmlər Akademiyasının institut və müəssisələrində aparılan fundamental tədqiqatlar sayəsində Azərbaycan Elmi çox inkişaf etmişdir”.

Məhz Ulu Öndərin 15may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) statusu verilmiş  və bununla Akademiyanın elmimizin inkişafında əldə etdiyi uğurlar, respublika ictimaiyyətində artan nüfuzu və akademik elmin inkişafının əsas təminatçısı olması fikri təsdiqləndi.  

Bu gün Azərbaycan elminin inkişafına dövlət qayğısı danılmaz bir həqiqətdir. Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Onun “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” , “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamları, Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi öz üzərinə götürməsi, alimlərə və aspirantlara  göstərdiyi diqqət milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. Həmçinin ölkə başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirilən proqramların Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olub. Elmin inkişafına dövlət səviyyəsində göstərilən qayğı ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, xalqın mədəni tərəqqisi və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev 2011-ci ildə aprel ayının 26-da AMEA-nın ümumi yığıncağında demişdir:“Müasir dövlətin qurulması, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir”.

Müstəqillik dövründə AMEA özünü yenidən bərpa etmiş və yeni inkişaf mərhələsinə qədəm qoymuş güclü elmi mərkəz kimi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Bu dövrdə Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin dünya elminə inteqrasiyası istiqamətindəki uğurlu nəticələr günümüzün reallığıdır.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasına bu böyük elmi qurumun prezidenti kimi rəhbərlik edən akademik İsa Həbibbəyli elmə bəxş etdiyi töhfələrlə bərabər bacarıqlı elm təşkilatçısı kimi də böyük nüfuza malik ziyalı kimi tanınır. Son iki ildə onun məqsədyönlü təşkilatçılıq işi və faydalı təşəbbüsləri sayəsində Elmlər Akademiyasının nüfuzu daha da artmışdır. AMEA prezidenti İsa Həbibbəyli elmi mühitə istiqamət vermək vəzifəsini uğurla həyata keçirməklə yanaşı, ictimai-mədəni proseslərdə də fəal iştirak edir. Azərbaycan elminin inkişafında böyük xidmətləri olan AMEA prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə AMEA Rəyasət Heyəti Aparatında 18 yanvar 2023-cü il tarixində “Elektron Akademiya” şöbəsinin yaradılması onun dünya elminə inteqrasiyası sahəsində ən böyük nailiyyətlərindən biridir. Bu sərəncamdan irəli gələrək EA-nın institutlarında da həmçinin “Elektron xidmətlər” şöbəsi yaradılıb. Elektron xidmətlər şöbələrinin yaradılması Azərbaycan elminin dünya elminə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Fundamental elmi tədqiqatların aparılmasından əldə edilən nəticələrin nüfuzlu impakt faktorlu jurnallarda dərc olunması Azərbaycan elminin beynəlmiləlləşməsinin ən vacib elementi hesab edilir. Dünyanın aparıcı elmi mərkəzləri tərəfindən qəbul edilən həmin uğurlu nəticələrə dünya alimləri istinadlar edir. Elmmetrik göstəricilər “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunan məqalələrin və onlara edilən istinadların sayı ilə formalaşır. Müasir dövrdə istənilən elmi göstəricilərin müsbət inkişafı elmin cəmiyyətə təsir mexanizminin dərk edilməsinə fokuslanır.  

AMEA-da 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsində bir çox mühüm istiqamətlərdə prioritet elmi tədqiqatlar aparılır, o cümlədən işğaldan azad olan Qarabağ bölgəsində də  müxtəlif səpgidə arxeoloji işlər geniş vüsət alır.

Akademiyada geniş miqyaslı struktur islahatlarının aparılması nəticəsində dövlətinin inkişaf strategiyasına və milli prioritetlərinə uyğun olaraq institutlarda elmi tədqiqat işlərinin müəyyənləşdirilməsindən irəli gələrək bir neçə yeni şöbələr yaradılıb.

Prezident İlham Əliyevin Türk dünyasının prioritetliyi haqqındakı çağırışlarının fonunda Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Əlyazmaları İnstitutunda Türk əlyazmalarının tədqiqi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbələri yaradılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə humanitar və ictimai elmlər sahəsində dünyanın müasir çağırışları və ölkəmizin sosial-mədəni inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Idarəetmədə rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə elmi müəssisələrdə sənədləmə prosesləri elektron şəkildə həyata keçirilir. Hazırda elmi biliklərin geniş ictimaiyyətə çatdırılması üçün çoxsaylı informasiya kanalları, ənənəvi KİV-lə yanaşı, rəqəmsal platformalar da  mövcuddur. Akademik elmi mühit üçün vacib olan səmərəli elmi tədqiqatların və onların nəticələrinin ictimaiyyətə çatdırılması, elmi məsələlərin populyarlaşdırılması olduqca aktualdır. Akademiya tarixində ilk dəfə olaraq Rəqəmsal Elmi İnformasiya Resursaları Sisteminin yaradılması ilə əməkdaşların elmi fəaliyyəti ilə yanaşı həm də istinad göstəricilərinin müəyyən edilməsinin tətbiqi mexanizmi formalaşıb. Bu məqsədlə AMEA-nın digər elmi müəssisələrində olduğu kimi Memarlıq və İncəsənət İnstitutunda da həmçinin “Elektron xidmətlər” şöbəsi fəaliyyət göstərir.

Elmlər Akademiyasının yeniləşmə dövründə “Heydər Əliyev Ensiklopediyası”və “Qərbi Azərbaycan Ensiklopediyası” yaradılması istiqamətində zəruri addımlar atılıb. Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış siyasətinə uyğun olaraq Akademiyada Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan və Qarabağ mədəni irsinin və əlyazmaların tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti barədə elmi nəşrlər hazırlanıb, tədbirlər keçirilib.

Aka­de­mi­ya­nın struk­tu­ru əsas­lı ola­raq mo­dern­ləş­di­rilib, bey­nəl­xalq el­mi əla­qə­lər ge­niş­lən­di­ril­ib, həm bey­nəl­xalq sə­viy­yə­də, həm də res­pub­li­ka­da nü­fu­zu xey­li artıb.

Akademiyanın 80 illik inkişafı tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların üzvlüyünə daxil edilib.

 Hazırda  elm və texnologiyaların sürətli inkişafı fonunda AMEA-da fəaliyyət göstərən www.science.az  portalı ölkəmizin elmi-ictimai həyatını işıqlandırmaqla yanaşı, eləcə də  alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərin ictimaiyyətə çatdırılmasına xidmət edir. Elmin inkişafı, yeniliklərin üzə çıxarılması və bu sahədə xidmət göstərən alim və mütəxəssislərin təbliği AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbərliyi və onun əməkdaşlarının yüksək peşəkarlığı, gərgin əməyi və səyi nəticəsində baş tutur.  

İki il öncə AMEA-da baş verən əsaslı struktur dəyişikləri nəticəsində Humanitar və İctimai Elmlər Bölmələri öz işini davam etdirir. Humanitar Elmlər Bölməsinə daxil edilən institutlardan biri olan Memarlıq və İncəsənət İnstitutu da bu il özünün 80 illik yubileyini qeyd edir. AMEA Memarlıq və İncəsənət İnstitutu bir neçə elm sahəsini tədqiq edən geniş elmi kadr potensialına malik olan elmi-tədqiqat müəssisəsidir. 1945-ci ildə İnstitutun yaradılmasında və formalaşmasında böyük əməyi olan, dünya şöhrətli bəstəkar, alim və ictimai xadim Üzeyir Hacıbəyli onun ilk direktoru olmuşdur. Həmin dövrdə sənətşünaslıq elmi memarlıq və şəhərsalma, təsviri və dekorativ –tətbiqi sənətlərlə yanaşı musiqi, teatr, kino problemlərinin tədqiqi istiqamətində də inkişaf etməyə başlayır. Azərbaycan musiqişünaslıq elminin öyrənilməsi dahi bəstəkar və tədqiqatçı-alim Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” (1945) fundamental əsərindən başlayaraq bu günə kimi xalq musiqisinin hərtərəfli araşdırılması istiqamətində böyük xidmətləri olan İnstitut mütəxəssisləri Q.Qasımov, Ə.İsazadə, E.Abbasova, Z.Səfərova, R.Məmmədova və başqalarının əsərlərində musiqi sənət tarixinin real mənzərəsi əks olunur. Memarlıq və İncəsənət elminə dərindən bələd olan İnstitutun aparıcı alimləri sənətşünaslıq elminə sənət tarixi və onun inkişafından, Azərbaycan xalqına xas olan ənənələrin yaranmasından, Azərbaycan incəsənətinin qonşu ölkə və xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrindən, xalqımızın dünya mədəniyyəti xəzinəsinə verdiyi qiymətli yaradıcılıq töhfələrindən bəhs edən əsərlər bəxş etmişlər. Qədim tarixə, zəngin bədii ənənəyə malik Azərbaycan incəsənətindən, təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən, memarlıq abidələrindən ibarət bədii irsimizin öyrənilməsi orta əsrlərdə Azərbaycan incəsənətinin yüksək inkişafı, onun Yaxın və Orta Şərq xalqlarının incəsənətinin inkişafındakı rolu  və mövqeyini  müəyyənləşdirməyə zəmin yaradır. Azərbaycan incəsənəti mürəkkəb və ziddiyyətli, lakin bütövlükdə uğurlu inkişaf yolu keçmişdir. Iyirmi birinci yüzillikdə Azərbaycan incəsənətinin yeni professional formalarla, növ və janrlarla zənginləşməsi ideya-estetik və sənətkarlıq cəhətdən ardıcıl yüksəlişi müasir sənət tarixinin inkişaf xəttini əks etdirir.  

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması digər elm sahələrində olduğu kimi sənətşünas alimlərin də elmi fəaliyyətində mühüm rol oynamışdır. Həmin tarixdə Azərbaycan EA-nın ilk tərkibində Azərbaycan İncəsənəti Tarixi İnstitutu da fəaliyyətə başlayır.  Yarandığı ildən bugünədək İnstitut çoxlu sayda görkəmli alimlər, tədqiqatçılar yetişdirmişdir. Elmi fikir tariximizin bir çox simaları XX əsrin milli memarlığına və incəsənətinə dəyərli töhfələr vermişlər. Sənətşünaslıq elminin  görkəmli simaları akademiklər Mikayıl Hüseynov, Əbdülvahab Salamzadə, Rasim Əfəndiyev, Şamil Fətullayev-Fiqarov, Zemfira Səfərova, akademiyanın müxbir üzvləri Kərim Kərimov, Cəfər Cəfərov, İnqilab Kərimov və başqaları Azərbaycan memarlıq və incəsənətinin inkişafında peşəkarlıq ənənəsini formalaşdırmış və onun gələcəyi üçün zəruri elmi-tədqiqat işləri həyata keçirmişlər. Bu gün müstəqil dövlətimizi və xalqımızı ölkəmizdə və dünyada ləyaqətlə təmsil edən görkəmli zayalılar Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, akademik Zemfira Səfərova,  akademiyanın müxbir üzvü Rəna Məmmədova və institutun digər aparıcı alimləri müasir sənətşünaslıq elminin inkişafında göstərdikləri xidmətlərə görə tanınırlar.

Müasirlik hər zaman elmdə öz əksini tapmışdır. Zamanla səsləşən müasir elmi mühitdə səmərəli elmi fəaliyyətə dəstək göstərən texnoloji yeniliklər alimlərin də diqqət mərkəzindədir. Dünya elmi cəmiyyətinə doğru texnoloji sürətlə irəliləmək əzmində olan AMEA Memarlıq və İncəsənət İnstitutunun son illərdə həyata keçirdiyi elmi-təşkilati yeniliklər struktur dəyişikləri ilə nəticələndi. İnstitutda Təhsil, İctimaiyyətlə Əlaqələr, Elektron xidmətlər şöbələri yarandı.

Hazırda İnstitutda aktual mövzularda elmi-tədqiqat işlərinin aparılması, yeni fundamental nəşrlərin ərsəyə gəlməsi, gənc alimlərin yetişdirilməsi bütövlükdə sənətşünaslıq elminin inkişafı üçün atılan mühüm addımlardır.  

Rəfiqə Ağakişiyeva

AMEA Memarlıq və İncəsənət İnstitutu, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşları üçün sevindirici xəbər – maaş artımı və 8 Mart mükafatı gözlənilir

07 Mart 2025 19:39see5160

Avropa Ukrayna üçün Starlink sistemlərinə alternativ AXTARIR

07 Mart 2025 22:32see289

Uçan maşınların kütləvi istehsalı başlayır Tarix açıqlandı

09 Mart 2025 02:22see273

Pakistan Taliban`ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir

09 Mart 2025 02:24see139

Beşiktaş dan əcnəbi hakimlərlə bağlı açıqlama... Bu bizim təbii haqqımızdır

07 Mart 2025 19:03see134

Nərgiz Əliyarovanın iştirakı ilə konsert proqramı keçirilib

07 Mart 2025 22:01see134

Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşub

08 Mart 2025 11:41see127

Bu ilin fevralında Azərbaycanda 12 uşaq övladlığa verilib

08 Mart 2025 12:42see127

Rusiyadan dəhşətli RAKET HÜCUMU Çox sayda ölən var VİDEO

08 Mart 2025 10:07see125

Mükəmməlliyə cəhd problemlər yarada bilər Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI

08 Mart 2025 05:33see125

Tanınmış pianoçu nazir təyin edildi

07 Mart 2025 22:37see124

Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxılmasını tələb edir

07 Mart 2025 18:58see124

Bakı Quba yolunda təmir gedir sürücülərə XƏBƏRDARLIQ

08 Mart 2025 11:10see122

Musa Qurbanlının “qırmızı” səhvi…

09 Mart 2025 09:32see117

Azərbaycanın XİN rəhbəri pakistanlı həmkarı ilə görüşüb

08 Mart 2025 02:24see115

ABŞ də Avropanı təsəlli edəcək mümkün liderin adı açıqlandı

09 Mart 2025 02:49see114

Avokadonun faydalarını iki qat artırmaq istəyirsinizsə, bu qidalarla birlikdə yeyin

09 Mart 2025 04:31see114

Azyaşlıları erkən yaşda hazırlığa qoymaq onlara necə təsir edir? EKSPERTLƏRDƏN VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

09 Mart 2025 08:32see114

Kopenhagen Mareskanı təəccübləndirib: Bunu gözləmirdik

07 Mart 2025 19:13see114

Trabzonspor da istefa səsləri

09 Mart 2025 11:01see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri