“Sabah”ın baş məşqçisi: “Qarabağ”ın təcrübəsi son 20 dəqiqədə öz sözünü dedi
Icma.az, Bizim media saytına istinadən bildirir.
Komandamız nəticəyə görə məyusdur. Bəlkə də, bu hadisə məhz indi baş verməli idi ki, qarşıdakı çətin oyunlar ərəfəsində səhvləri analiz edib nəticə çıxaraq.
Bizim.Media xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XXII turunda “Qarabağ”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Məşqçi insidentlə bağlı qarşı tərəfdən üzr istədiklərini bildirib: “Açığı, həmin epizodu özüm görməmişdim, diqqətim oyunda idi. Birdən-birə meydanda gərginlik yarandığını gördüm. “Sabah” klubu olaraq bu cür halları heç vaxt qəbul etmirik. Belə davranışlar fair-play prinsiplərinə uyğun deyil”.
Onun sözlərinə görə, rəqibin zəngin təcrübəsi xüsusilə son 20 dəqiqədə öz sözünü deyib:
“Qarabağ” bu gün bunu meydanda göstərdi”.
Mütəxəssis sonda hər iki komandanı təbrik edib və rəqibin son dəqiqələrdə hesabı bərabərləşdirdiyini vurğulayıb.
Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə 46 xalla ikinci pillədə qərarlaşıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 02 Mart 2026 04:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















