Icma.az
close
up
RU
“Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi?

“Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mən bu yazıya başlayanda hələ “Neftçi” - “Qarabağ” oyunu başlamamışdı. Əlbəttə, bakılılar qələbə qazanacağı təqdirdə “Sabah”ın meydana çıxmadan çempion olacağını, ölkə futbol tarixinə 9-cu çempion kimi düşəcəyini bilirdim. Hətta bu uğur dünən gerçəkləşməsə də belə, zaman məsələsidi. “Qarabağ”ın ən nikbin azarkeşləri də qəlbinin dərinliyində bu il qızıl medalların əldən getməsi ilə barışıb, 13-cü (nəhs!) çempionluqla bağlı arzuların ən azı birilliyə təxirə salındığının fərqindədi.

“Qarabağ” əvvəlki mövsümlərdə sona 4-5 tur qalmış çempionluğu təmin edirdisə, bu dəfə eyni şəkildə titulu əldən verdi. Əlbəttə, əsas səbəb Çempionlar Liqasında pley-offa qədər irəliləməyin doğurduğu fiziki-psixoloji-mənəvi yorğunluqdusa, onlara əlava səbəb və uğursuzluğu (bəli-bəli, çempionun titulu ilə vidalaşması istənilən halda uğursuzluqdu!) şərtlərindirən dəlil də tapmaq olar. “Sabah” çempionluğu rəsmiləşdirəndən sonra bir daha bu mövzuya toxunmaq imkanımız olacaq, ancaq ilkin qənaət lazımdısa, deyərdim ki, nə Qurban Qurbanov baş məşqçi kimi, nə də “Qarabağ” rəhbərliyi idarəedici kimi ÇL-dəki uğura hazır deyildi, qışdan sonra düzgün strategiya qurmaqda çətinlik çəkdilər. Nəticə ortadadı: sözün bütün mənalarında gənc “Sabah” çempionluq kubokunu, demək olar ki, boş olan klub muzeyinə aparacaq.
Artıq müzakirələrin yeni dalğası başlayıb ki, bu da təbiidi. O mənada təbiidi ki, “Qarabağ”ın ölkənin daha köklü klubu “Neftçi” qala-qala, bu qədər çox sevilməsinin əsas səbəbi məhz avrokuboklardakı uğurlardı. Qurban bəy və “Qarabağ” Azərbaycan klub futbolunun Avropadakı yazıq, miskin, “qapazaltı” obrazını dəyişdi, stadionlara böyük həvəslə gedən, ancaq daim əli ətəyindən uzun, suyu süzülə-süzülə qayıdan, qəzəbdən cilov gəmirməyə hazır olan biz jurnalistlər və azarkeşlər də xoş gün görməyə, qələbə sevinci yaşamağa başladıq. “Qarabağ” klubunu, onun uğurlarını “siyasi layihə” sayan onlarla “təftişçi” həmvətənimin halına acıyıram; xeyr, belə deyildi! “Qarabağ” nə dərəcədə işğal altında olan torpaqlarımızın toponimik rəsmi sayılırdısa, ondan daha artıq dərəcədə daimi uğursuzluqlardan bezən azərbaycanlı azarkeşlərin həyat eşqini, sabaha inamını qaytaran alov, məşəl idi. Qurban Qurbanov bundan sonra hətta bir dəfə də çempion olmasa belə, bütün indiyəqədərki uğurlarına görə hər cür tərifi, komplimenti, sevgini haqq edir. Hər bir azərbaycanlı azarkeş onu əzizi, doğması, qardaşı kimi qucaqlasa, yeri var!
Sözüm yarımçıq qalmasın... Demək istədiyim odu ki, Azərbaycanda klubların uğurlarına daha çox avrokubok prizmasından baxırlar. Yəni “Sabah” sabah qitə kuboklarında total uğursuzluq (Allah eləməsin!) yaşasa, üç turnirdən heç birində qrupa düşə bilməsə, kimsə bu komandanın vaxtından əvvəl çempionluğu təmin etməsinə, Valdas Dambrauskasın mövsüm boyu “Qarabağ”ı dəfələrlə cəzalandırmasına, gözəl, güclü komanda qurmasına, turnir məsafəsini birnəfəsə keçməsinə baxmayacaq, dərhal Ağdam klubu və Qurban Qurbanov yada düşəcək.
Təbii, “Sabah” təsadüfi, hadisələrin xoş axarı nəticəsində çempionluğa bu qədər yaxın olan komanda deyil. Rəqabətədavamlı heyəti, güclü məşqçisi, klub infrastrukturu, pulu, az-çox azarkeşi var. Ona görə də biz “bayquşlar”ın Avropada çıxış perspektivinə bədbin yox, nikbin yöndən yanaşmalıyıq. “Qarabağ”ın ardından ölkənin daha bir klubu Avropada özünü göstərəcəksə, Azərbaycana reytinq xalı, əmsal qazandıracaqsa, buna yalnız sevinəcəyik. Sevinməliyik! Eyni ilə “Qarabağ”ın saysız-hesabsız uğurlarına sevindiyimiz kimi! Məncə, indiki məqamda “əşi, “Sabah”dı da, gücünü Avropada görəcəyik” kimi qıcıqlandırıcı-aşağılayıcı ritorika ilə “silahlanmaq” əvəzinə adamlara, “bayquşlar”a şans verməli, avrokuboklardakı çıxışını gözləməliyik. Mümkün uğursuzluq təqdirində isə danışmaq, yazmaq üçün vaxt da olacaq, imkan da, mövzu da... Azərbaycanın yeni çempionuna xeyirli-uğurlu olsun deyək...
HUŞƏNG

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri