Icma.az
close
up
RU
“Sabah”ın legioneri: “Qarabağ”la oyundakı heçheçə bizi qane etmədi MÜSAHİBƏ AZƏRTAC

“Sabah”ın legioneri: “Qarabağ”la oyundakı heçheçə bizi qane etmədi MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 dekabr, AZƏRTAC

Misli Premyer Liqasında 23 xalla 5-c pillədə qərarlaşan “Sabah” klubunun Bosniya və Herseqovinadan olan müdafiəçisi Boyan Letiç AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Yeni baş məşqçi Vasili Berezutskinin rəhbərliyi altında keçirdiyiniz üç matçda iki qələbə qazanıb, bir heç-heçə etdiniz. Qısa müddətdə rusiyalı mütəxəssisin işini necə qiymətləndirərdiniz?

- Baş məşqçimiz komandamıza yeni sistem və struktur gətirdi. Əminəm ki, məşqçinin bizdən tələb etdiklərini yerinə yetirə bilsək, uğur qazanacağıq.

- “Sabah”da dördüncü mövsümünüzü keçirirsiniz. V.Berezutski sizin bu klubda üçüncü çalışdırıcınızdır. Məşqçi dəyişikliyi sizə və komandaya necə təsir edir?

- Adətən futbolda belə hallar olur. Düşünürəm ki, bu, çox normaldır. Özümə gəlincə, karyeramda çox sayda məşqçi ilə işlədiyim üçün belə situasiyalara öyrəşmişəm. Düşünürəm və inanıram ki, yeni baş məşqçimizlə yaxşı nəticələr əldə edə bilərik.

- Son 3 il ərzində komandanıza 3 fərqli mütəxəssis - Murad Musayev, Krunoslav Renduliç və Vasili Berezutski başçılıq edib. Onların oyun üslublarını necə fərqləndirərdiniz?

- Bu üç məşqçinin hər birinin futbol haqqında öz taktikası və düşüncə tərzi var. Mənim müşahidələrimə əsasən, Murad Musayev və Berezutskinin üslubu eynidir. Onlar futbol sahəsində eyni düşüncə tərzinə malikdirlər.

- Ölkə çempionatının sonuncu – XVI turunda son çempion “Qarabağ”la 1:1 hesablı heç-heçə etdiniz. Həmin matçda qol vurmaq üçün yaxşı fürsətlər əldə etdiniz. Necə düşünürsünüz, qələbə qazanmağınıza nə mane oldu?

- Düşünürəm ki, Ağdam təmsilçisi ilə əla oyun keçirdik. Çox yaxşı mübarizə apardıq. Müsbət nəticə üçün əlimizdən gələni etdik. Görüş hər an iki tərəfdən birinin xeyrinə bitə bilərdi. Amma matç sonda bərabərliklə başa çatdı. Təbii ki, yekun nəticə heç bir komandanı qane etmədi. Çünki biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Əsas hədəfimiz doğma meydanda rəqibə qalib gəlib, oyundan 3 xalla ayrılmaq idi. Təəssüf ki, alınmadı.

- Hazırda turnir cədvəlində beşinci sıradasınız. Azərbaycan Kubokunda isə mübarizəni davam etdirirsiniz. Avrokuboklara ölkə çempionatı, yoxsa kubok vasitəsilə vəsiqə qazanmaq istəyirsiniz?

- Fikrimcə, Avropada oynamaq üçün ikisi də bizə görə yaxşı şansdır. Əlbəttə ki, kubokun avrokuboklara vəsiqə qazanmaq baxımından komandamıza daha çox faydası olardı. Çünki qalib gəlsək, Avropa Liqasının təsnifat mərhələsində mübarizə aparacağıq. Biz hər iki cəbhədə uğur qazanmaq üçün səy göstəririk. Qarşıda bizi gözləyən görüşlərə köklənməli, rəqibdən asılı olmayaraq, bütün qarşılaşmalarda diqqətli olmalıyıq. İrəliyə doğru addım atmaq üçün keçmişdəki oyunlar barədə düşünməməliyik. Gələcəyə fokuslanmaq yaxşı nəticə üçün çox vacibdir. Addım-addım irəliləmək üçün tək yol budur.

- “Sabah”la müqaviləniz mövsümün sonunda başa çatacaq? Yeni sözləşmə barədə rəhbərliklə müzakirələr aparmısınız?

- Komanda ilə müqaviləm davam edir. İndi yalnız qarşıdakı oyunları düşünürəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri