Icma.az
close
up
RU
Qarabağ la oyuna heç bir qorxu olmadan hazırlaşacağıq Sabah ın legioneri

Qarabağ la oyuna heç bir qorxu olmadan hazırlaşacağıq Sabah ın legioneri

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev Misli Premyer Liqasının 15-ci turunun "Turan Tovuz"la matçından sonra Sportal.az saytına müsahibə verib.

Özbəkistanlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırırıq:

- "Turan Tovuz" səfəri sizin üçün necə alındı?

- Tovuza bir gün əvvəl getmişdik, qatarla 6 saatlıq yolumuz oldu. Uzun səfərlər hər zaman bir az mane olur. Amma buna baxmayaraq, öz hədəflərimiz üçün oynayırıq. Meydançanın durumunu da gördünüz. Bəlkə ot örtüyü ilk dəqiqələrdən azarkeşlər üçün yaxşı görünə bilərdi. Amma meydanda hərəkət edəndə görürsən ki, o qədər də yaxşı durumda deyil. Top yuxarı tullanırdı. Bu da bizə problem yaratdı. Çünki biz topla daha çox oynayan komandayıq. Topa nəzarət edərək, hücumlarımızı qurmağa çalışırıq. Meydançanın durumu təsirini göstərdi. Oyundan əvvəl bu haqda danışmışdıq ki, heç nəyə baxmayaraq, elə oynamlıyıq ki, rəqibə şans verməyək. Allaha şükürlər olsun ki, öz məqsədimizə çatdıq.

- "Sabah"da icarədə oynayırsan. Burada qalmaq haqda düşünürsən, yoxsa "Rubin"ə qayıdacaqsan?

- Mənim "Sabah"la dekabrın 31-nə qədər müqaviləm var. Hələ bu məsələyə qərar verməmişik. Biz danışacağıq, hansı daha yaxşısıdır, onu götür-qoy edəcəyik. İlk növbədə "Rubin"lə bu mövzuda müzakirə aparacaağıq.

- Özün "Sabah"da qalmaq istəyirsən?

- Əlbəttə ki, indi burada olmağım xoşuma gəlir. "Sabah"da özümü rahat hiss edirəm. Biz komanda olaraq demək olar ki, çempionluq uğrunda mübarizə aparırıq. Görək də, necə olacaq. Mən arzulayıram ki, hansı seçim olsa da, hər şey yaxşı olsun.

- Özbəkistan millisi dünya çempionatında iştirak edəcək. "Sabah"dakı performansınla mundialda olacağına inanırsan?

- Bu haqda düşünürəm. Dünya çempionatının heyətinə düşmək üçün əlimdən gələni edəcəm. Əgər biz bu cür səviyyədə oynamağa davam etsək, düşünürəm ki, bəli, Özbəkistan millisinə dəvət edilə bilərəm.

- Ayın 18-də "Qarabağ"la təxirə salınmış oyununuz var. Bu matç haqda fikrin necədir?

- "Qarabağ" ölkənin lider komandası kimi qəbul edilir. Biz də təbii ki, bu oyuna heç bir qorxu olmadan hazırlaşacağıq. Öz azarkeşlərimiz üçün yaxşı oyun göstərməyə çalışacağıq. Necə olacağını matçdan sonra görəcəyik.

- "Sabah"ın potensialı imkan verir ki, "Qarabağ"la çempionluq uğrunda sona qədər mübarizə aparsın?

- Bu cür suala artıq cavab verdim(gülür). Çox danışmaq əvəzinə, bunu hərəkətlərinizlə göstərmək daha yaxşıdır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Dekabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri