“Sabah”ın penaltisi müzakirə yaratdı Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda davam edən “Qarabağ” – “Sabah” matçında baş hakim Elçin Məsiyevin Ağdam təmsilçisinin qapısına təyin etdiyi penalti qərarı geniş müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən oyunun 11-ci dəqiqəsində maraqlı hadisə yaşanıb.
Baş hakim Elçin Məsiyev Mateuş Silvanın Aaron Maludanı cərimə meydançasında yıxdığını hesab edərək “Qarabağ”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin penalti qərarı birmənalı qarşılanmayıb.
Oyunun 14-cü dəqiqəsində topun başına keçən “Sabah”ın legioneri Con Leys Mikels fürsətdən yararlanmağa çalışsa da, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski onun zərbəsini dəqiq hərəkətlə dəf etməyi bacarıb.
Penaltinin verilməsinə səbəb olan epizod:
Mateuş Koxalskinin dəf etdiyi penalti:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Aprel 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















