“Sabah”ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlov komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç haqqında diqqətçəkən açıqlamalar verib.
İdman.Biz Polşanın mediasına istinadən xəbər verir ki, klub rəhbəri müsahibəsində 27 yaşlı futbolçunun həm meydandakı, həm də meydandan kənardakı davranışından razılığını ifadə edib.
“Timoteuş fantastik futbolçu və çox xoş xasiyyətli gəncdir. Amma hər şeydən əvvəl onu əsl peşəkar adlandırardım. Mən futbolçuları yalnız oyunlarda deyil, meydandan kənarda da müşahidə edirəm. Onların komanda yoldaşları ilə ünsiyyətinə, məşqlərdə, asudə vaxtlarında və idman zalında davranışlarına, işlərinə nə dərəcədə ciddi yanaşdıqlarına diqqət yetirirəm. Bu baxımdan Timoteuş məndə çox böyük təəssürat yaradıb. Əminliklə deyə bilərəm ki, o, sözün əsl mənasında peşəkardır”, – deyə Adıgözəlov bildirib.
Klub prezidenti Puxaçın “Sabah”a keçidinin maraqlı tarixçəsindən də danışıb. Onun sözlərinə görə, futbolçu Azərbaycan təmsilçisinə qoşulmazdan əvvəl Polşanın “QKS Katovitse” komandası ilə müqavilə imzalamağa çox yaxın olub.
“Bəzən futbolda elə hadisələr baş verir ki, onları yalnız məntiqlə izah etmək çətindir. Sanki müəyyən məqamda bütün ulduzlar düzülür. Burada başqa maraqlı detal da var. Bildiyimə görə, polyak dilində “Puxaç” bayquş növlərindən birinin adıdır. Bayquş isə “Sabah”ın simvoludur. Deməli, bu transferdə bir qədər mistik məqam da var. Bəlkə də Timoteuşun bizim komandaya qoşulması onun taleyində var idi”, - deyə klub prezidenti vurğulayıb.
Qeyd edək ki, Puxaç 2025-ci ildə “Sabah”a qoşulub. O, Bakı təmsilçisi ilə Azərbaycan çempionluğu və ölkə kubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















