“Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq” Elvin Cəfərquliyev İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Bir qədər həyəcanlıyam. Bunun üçün üzrlü sayarsız. “Qarabağ”ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram. Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq. Məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizin qarşısında oynayırıq. Onları sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Avropa Liqasının VII turunda keçiriləcək “Qarabağ” – FKSB matçından öncə keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur. Başa düşürəm, hazıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 22 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















