Icma.az
close
up
RU
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”

“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”

“Yarımfinal olmasından başqa, artıq bu komandalar arasında bir prinsipiallıq da yaranıb. Yəni  heç bir komanda uduzmaq istəmir”.

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinalının “Sabah”la “Qarabağ” arasında bu gün keçiriləcək cavab matçı haqda danışarkən deyib.

O bildirib ki, “Sabah” çempionatda “Qarabağ”ı üstələdiyinə görə bu gün komandalar arasında dramatik bir oyun olacaq: “Çempionluq uğrunda mübarizədə “Sabah” qalib gəlib. “Qarabağ” kuboku qazanmaq, “Sabah”dan revanş almaq  üçün çox çalışacaq. İlk oyun (2:2) da göstərir ki, komandalardan heç birinin üstünlüyü yoxdur. Məncə, bizi çox gərgin və dramatik oyun gözləyir”. 

Ş.Diniyev matçın asan və çətin tərəflərini də qeyd edib: “Məşqçilər üçün də bu oyun bir tərəfdən asan, bir tərəfdən isə çətindir. Çünki futbolçuları motivasiya etməyə ehtiyac yoxdur. Komandalar da bir-birini tam olaraq tanıyır. Bir-birini belə yaxından tanımağın həm də çətin tərəfləri var. Burada baş məşqçilərin hansı addımları atacağı önəmlidir”.

Şahin Diniyev

Ş.Diniyev onu da bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasında oynamaq şansı minimuma endiyindən bugünkü görüş onlara Avropa Liqasına düşmək üçün çox vacibdir: “Kubok oyununda motivasiya tam başqa olur. Düzdür, çempionatda “Sabah”ın üstünlüyü var, amma “Qarabağ” rəqibindən geri qalmır. Bəli, son vaxtlar bir qədər çətinlikləri oldu, amma bu görüş “Qarabağ”a Avropa Liqasına düşmək üçün çox vacibdir. Hər halda Çempionlar Liqasında şansları minimuma endiyinə görə Avropa Liqasına can atırlar. Təbii ki, Konfrans Liqasında yox, Avropa Liqasında oynamaq istəyirlər. Çünki klubun imici var. “Qarabağ” üçün çox prisipial bir matçdır. “Sabah” da istəyir ki, hər iki kuboku qazansın. Buna görə də çox maraqlı oyun olacaq”.

Ramiq Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 Aprel 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri