Icma.az
close
up
RU
Sabiq bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərlə bağlı qərar çıxarıldı

Sabiq bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərlə bağlı qərar çıxarıldı

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Yasamal bələdiyyəsinin sabiq sədri, 1950-ci il təvəllüdlü Zakir Cəfərov və bələdiyyənin İcra aparatı, vergi, ödənişlər şöbəsinin eks müdiri, 1967-ci il təvəllüdlü Həmid Həmidov, Eyvaz Kərimov və Namiq Hacıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.  

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. keçmiş bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib. Həmid Həmidov isə 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Digər şəxslərə isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 309-cu(vəzifə səlahiyyətlərini aşma), 311-ci(rüşvət alma) və 178-ci(dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Onlara qarşı polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdi.

İttihama görə, Yasamal rayon bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov, Eyvaz Kərimov və Namiq Hacıyev cinayət əlaqəsinə girərək Yasamal rayon bələdiyyəsinə məxsus torpaq sahəsinin sənədlərini saxtalaşdırmaqla həmin ərazini 300 min manata satmaqda təqsirləndirilirlər.

Zakir Cəfərov ittihamlarda özünü qismən təqsirli bilib. Qeyd edib ki, zərərçəkmiş Şəmsəddin Kərimovun aldığı ərazi zibillik sahə olub və oranı abadlaşdırma üçün icarəyə verib. Daha sonra ərazinin satıldığını bildikdən sonra icarə müqaviləsini ləğv edib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 May 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see164

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see142

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see139

Almaxanım ana oldu

04 İyul 2025 15:22see132

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see131

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see128

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see124

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see122

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see122

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see122

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see120

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see119

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see115

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri